SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Ağbulaq İstirahət Mərkəzində növbəti “Yay məktəbi” keçirilib

2-07-2019, 18:06 | Oxunub: 3 723 |



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqları Şurasının iştirakı ilə Ağbulaq İstirahət Mərkəzində aztəminatlı ailələrdən olan uşaqlar üçün 3 günlük “Yay məktəbi” təşkil olunub.

Emtv.az xəbər verir ki, ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay məktəbi”ndə aztəminatlı ailələrdən olan uşaqlar, qaçqın və məcburi köçkün, şəhid ailələrinin uşaqları, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, o cümlədən tək valideyn himayəsində yaşayan uşaqlar olmaqla, ümumilikdə 45 uşaq iştirak edib.

Tədbir çərçivəsində uşaqlar Ağbulaq kəndini gəzib, müxtəlif idman və əyləncəli oyunlar oynayıblar. Həmçinin onların bilik və bacarıqlarını sınamaq məqsədi ilə esse yazı və digər müsabiqələr, intellektual yarışlar, diskussiya və seminarlar, oxunması zəruri olan kitabların mütaliə və müzakirəsi keçirilib, karaoke təşkil olunub. Şahbuz rayon Kolanı Kənd Uşaq Musiqi Məktəbinin şagirdlərindən ibarət musiqi kollektivinin konsert proqramı təşkil edilib, Naxçıvan Dövlət Kukla Teatrının kollektivi tərəfindən hazırlanan “İnanma tülkülərə” adlı səhnəcik də nümayiş olunub.

İstirahətin son günü keçirilən müsabiqə və yarışlarda fəal olan uşaqlar təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

Mərhəmət Lələyev
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR