SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Daxili İşlər Nazirliyində yığıncaq keçirildi

2-07-2019, 18:01 | Oxunub: 9 351 |



Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi veteranlarının ümumi yığıncağı keçirilib.

Emtv.az xəbər verir ki, yığıncaqda Naxçıvan Muxtar Respublikası Daxili İşlər orqanlarının Veteranlar Şurasının 2019-cu ilin birinci yarısında gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Yığıncağı Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov açdıqdan sonra Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Yusif Həsənov məruzə edib. Qeyd olunub ki, Veteranlar Şurası tərəfindən şəxsi heyətlə təlim-tərbiyə işinin aparılması, gənc əməkdaşların peşə vərdişlərinin artırılması, onlarda dövlətə və dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hisslərinin formalaşdırılması, nizam-intizama və qanunçuluğa ciddi əməl edilməsi diqqət mərkəzində saxlanılır. Bu tədbirlərin həyata keçirilməsində veteranların yaxından iştirakı təmin edilib, onların təhsil müəssisələrində, müxtəlif mərasimlərdə və kütləvi tədbirlərdə əhali qarşısında çıxışları təşkil olunub.

Yusif Həsənov Veteranlar Şurasının 2019-cu ilin birinci yarısında gördüyü işləri ətraflı təhlil edib.

Məruzə ətrafında müzakirələrdə Culfa Rayon Polis Şöbəsinin Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Firudin Əliyev, polis veteranı, istefada olan polis polkovnik-leytenantı Məhəmməd Nəsirov və polis veteranı, istefada olan polis kapitanı Sahib Zeynalov çıxış ediblər.

Yığıncaqda Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov çıxış edib.

Qeyd olunub ki, muxtar respublikada veteranlarla aparılan məqsədyönlü işin başlıca tərkib hissələrdən birini də Daxili İşlər orqanlarının polis veteranları və təqaüddə olan sabiq polis əməkdaşları ilə aparılan iş təşkil edir. Daxili İşlər Nazirliyində və ərazi polis orqanlarında muxtar respublikada dövlətə, dövlətçiliyə və Daxili İşlər orqanlarına sədaqəti ilə fərqlənən sabiq polis əməkdaşlarından ibarət aktiv Veteranlar Şurası yaradılıb. Şura üzvləri vasitəsilə muxtar respublikada yaşayan bütün veteranların qayğıları və çətinlikləri təhlil olunur, zərurət yarandığı təqdirdə onlara lazımi köməklik göstərilir.

Bildirilib ki, bununla yanaşı veteranların təcrübəsindən və imkanlarından törədilmiş cinayətlərin açılmasında, münaqişəli ailələrin və qonşuların mübahisələrinin həllində, Daxili İşlər orqanlarında gənc əməkdaşlara hamilik işinin təşkilində də istifadə olunub.

General-leytenant Fazil Ələkbərov qeyd edib ki, polis veteranları cəmiyyətdə aparıcı qüvvə kimi gənc nəslin tərbiyəçisi, milli maraqlarımızın, adət-ənənələrimizin və dövlət siyasətinin təbliğatçısı kimi çıxış etməlidir. Bizim məqsədimiz onlarda çətin, şərəfli və uzunmüddətli xidmət nəticəsində formalaşmış zəngin peşə təcrübəsindən və mənəvi keyfiyyətlərdən gənc nəslin yetişdirilməsində, həmçinin dövlətçilik ideyalarının təbliğində istifadə etməkdir.

Vurğulanıb ki, bundan sonra da Veteran Şuraları fəaliyyətlərini Daxili İşlər orqanları ilə sıx əlaqədə quraraq muxtar respublikada ən aktiv ictimai təşkilat kimi formalaşmaqda davam etməlidir.

Muxtar respublikanın Daxili İşlər naziri bu sahədə qarşıda duran vəzifələrdən ətraflı bəhs edib və bu işlərin yerinə yetirilməsində veteranlar şuralarına uğurlar arzulayıb. Qeyd edib ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin, geniş quruculuq, abadlıq işlərinin aparılmasında veteranlar var qüvvə ilə çalışmalıdırlar.

Qeyd olunub ki, bu gün veteranların ümumi yığıncağı Daxili İşlər orqanları əməkdaşları üçün əlamətdar gün ərəfəsində keçirilir. Sabah, iyulun 2-də Azərbaycan Polisinin yaradılmasının 101-ci ildönümü qeyd olunacaq.

General-leytenant Fazil Ələkbərov polis veteranlarını, o cümlədən Daxili İşlər orqanlarının bütün əməkdaşlarını bu münasibətlə təbrik edib.

Sonda bir qrup polis veteranına Daxili İşlər Nazirliyinin Fəxri Fərmanı və mükafatları təqdim olunub.

Mərhəmət Lələyev
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR