SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Moskvadakı 80 yaşlı “Azərbaycan” pavilyonu bərpa olunur

1-07-2019, 19:30 | Oxunub: 9 725 |

Moskvadakı 80 yaşlı “Azərbaycan” pavilyonu bərpa olunur

Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılır.

Emtv.az xəbər verir ki, bərpa işləri binanın eksteryer və interyerini əhatə edir. Burada orijinal rənglər saxlanılmaqla, naxışlar, şəbəkə pəncərələr dəqiqliklə yenidən qurulur, pavilyonun zalları yenilənir.

Qeyd edək ki, əvvəllər SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi, 1992-2014-cü illərdə isə Ümumrusiya Sərgi Mərkəzi adlandırılan bu məkan dünyanın ən böyük sərgi komplekslərindəndir. XTNS-nin ərazisi Sovet dövründə yaradılan memarlıq abidələri ilə zəngin olub. “Ostankino” parkı ilə birləşdirildikdən sonra onun ümumi ərazisi 325 hektardan çoxdur.


XTNS-nin incilərindən olan “Azərbaycan” pavilyonu 1939-cü ildə tikilib. Layihənin müəllifləri olan memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynov II dərəcəli Stalin mükafatı ilə təltif olunublar. Pavilyon Azərbaycan milli motivləri ilə zəngindir. Bina düzbucaqlıdır, divarlar mərmərlə işlənib. Fasad Azərbaycan naxışları, qızılı rənqdə üzüm ornamentləri ilə, pavilyonun pəncərələri isə vitraj-şəbəkə ilə bəzədilib. Pavilyonun ekspozisiyası Azərbaycan SSR-in sənaye, heyvandarlıq, ipəkçilik, bitkiçilik, kənd təsərrüfatı, mədəniyyət, sənət və məişət sahələrində nailiyyətlərini əhatə edirdi.

2016-cı ildə pavilyon rəsmi olaraq Azərbaycana təhvil verilib və burada bərpa işlərinə başlanılıb.

Pavilyonda yeni sərgi mərkəzinin yaradılması nəzərdə tutulur.

Yenilənmiş pavilyonun konsepsiyasının əsas ideyası Azərbaycanın zəngin tarixə malik qədim, eyni zamanda, sürətlə inkişaf edən bir dövlət olduğunu nümayiş etdirmək üzərində qurulub.

“Azərbaycan inciləri” sərgi zonasında qonaqlar Azərbaycanın xalçaçılıq ənənələri, zəngin musiqi tarixi ilə tanış ola bilərlər. Burada, eyni zamanda, arxeoloji qazıntılar zamanı aşkar olunan və Azərbaycanın qədim tarixini əks etdirən eksponatlar, milli geyimlər, xalq sənəti nümunələri nümayiş etdiriləcək.

Pavilyonda, eyni zamanda, müasir Azərbaycan, ümummilli lider Heydər Əliyev, Azərbaycanın tanınmış ziyalıları barədə müxtəlif materiallar, foto və videolarla tanışlıq mümkün olacaq.

Mühazirə və konfranslar, musiqi proqramları üçün müxtəlif zalların yaradılması, turizm zonasında Azərbaycanın turizm marşrutları barədə məlumatların təqdimatı nəzərdə tutulur.

“Ticarət evi” zonasında isə Azərbaycan istehsalı olan məhsullar təqdim ediləcək, eyni zamanda, burada milli suvenirləri əldə etmək mümkün olacaq.

Pavilyonda, həmçinin Azərbaycanın tarixi və müasir həyatına, müxtəlif sahələrə dair kitablar da nümayiş olunacaq. Burada, eyni zamanda, əyləncə zonalarının yaradılması nəzərdə tutulur

Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR