SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Kabildə diplomatik məhəllədə PARTLAYIŞ - 34 ölü, 68 yaralı

1-07-2019, 16:19 | Oxunub: 4 757 |

Kabildə diplomatik məhəllədə PARTLAYIŞ - 34 ölü, 68 yaralı

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, partlayış paytaxtın diplomatik nümayəndəlik və səfirliklər yerləşən məhəlləsində qeydə alınıb.

Milli Müdafiə Nazirliyinin də həmin ərazidə yerləşdiyi qeyd edilir.

Məlumata görə, hadisə nəticəsində azı 34 nəfər həlak olub.

Daha 68 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yeri təhlükəsizlik və polis qüvvələri tərəfindən mühasirəyə alınıb.

Aysu Əliyeva,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR