SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Qəzada ölən dünya çempionunun sevgilisi... - FOTOLARI

1-07-2019, 13:48 | Oxunub: 8 523 |

Qəzada ölən dünya çempionunun sevgilisi... - FOTOLARI

Ötən gün dünyasını dəyişən 2013-cü ildə MMA üzrə dünya kubokunu, 2014-cü ildə isə dünya çempionluğunu qazanan Fərhad Poladovun sevgilisi Ülkər Abbaslının sosial media paylaşımları hər kəsi üzüb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Ülkər sevgilisi ilə son yazışmalarını paylaşaraq hər kəsin ürəyini parçalayıb.

"Fərhad, indi həyatım sənsiz necə davam edəcək, bilmirəm. Həyatım dayanıb. Elə bilirəm ki, yuxudur. Amma bu yuxu uzun çəkdi. Sənsiz inan ki, boğuluram. Səni qucaqlamalı idim, soyuq qəbrini qucaqlayıram. Canımdan can getdi. Bilirdin axı səni itirməkdən qorxuram. Mən sənsiz nə edəcəyəm? Bir qız üçün sevdiyinin gözü qabağında dünyasını dəyişməsi faciəvi şəkildə ölüm deməkdir. Düşmənimə də azrulamıram bunu. Dünən başın dizimdəydi, bu gün torpaqda. Hər gün gələcəyəm yanına, səni tək qoymaram mən. İnşəAllah yanına tez gələcəm. Nur içində yat, Sevgilim".

Qeyd edək ki, F.Poladov dünən "Koroğlu" metrostansiyasının yaxınlığında özünün "Niva" markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və "Hyundai" markalı avtomobillə toqquşub.

Aysu Əliyeva,
Emtv.az

Qəzada ölən dünya çempionunun sevgilisi... - FOTOLARI
Qəzada ölən dünya çempionunun sevgilisi... - FOTOLARI
Qəzada ölən dünya çempionunun sevgilisi... - FOTOLARI
Qəzada ölən dünya çempionunun sevgilisi... - FOTOLARI
Qəzada ölən dünya çempionunun sevgilisi... - FOTOLARI
Qəzada ölən dünya çempionunun sevgilisi... - FOTOLARI

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR