SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Masallı icra başçısının 35 milyonluq “əməliyyatı”: İlisu, Novxanda villa, kombinat, qum biznesi - İddia

30-06-2019, 19:27 | Oxunub: 16 198 |

Masallı icra başçısının 35 milyonluq “əməliyyatı”: İlisu, Novxanda villa, kombinat, qum biznesi - İddia

Masallının icra başçısı Rafil Hüseynoun peşəkar maxinasiya ustası olduğu bildirilir

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, icra başçısı aqrar və iqtisadi sektoru savadlı şəkildə bildiyi üçün maliyyə əməliyyatlarını qüsursuz etməyə çalışır.

Amma Hesablama Palatasının rayonda apardığı yoxlamalar nəticəsində məlum olub ki, 50 milyon manat təyinatına uyğun olaraq xərclənməyib.

Daha doğrusu, 15 milyon manat hansısa yollarla silinsə də, 35 milyon manat pulun hara xərcləndiyi məlum olmayıb.

Rayonun icra başçısı Rafil Hüseynov Novxanı qəsəbəsində 60 sot torpaq alaraq övladları üçün üç mərtəbəli iki villa tikdirib. Bundan əlavə Qax rayonunun İlisu kəndində də xüsusi istirahət mərkəzi tikdirib.

Məlumata görə, icra başçısının müavini Nəsir Muxtarlı onun əsas güvəndiyi kadrdır.

Masallı icra başçısının 35 milyonluq “əməliyyatı”: İlisu, Novxanda villa, kombinat, qum biznesi - İddia

N.Muxtarlının savadlı, müasir bir məmur olması, Türkiyədə təhsil alması, vətəndaşlarla ünsiyyəti, görüşlərdə davranışı icra başçısının əməllərini ört-basdır edir, ondan şikayətləri, narazılığı, gərginliyi azaldır.

N.Muxtarlınının yerli adam olması da icra başçısına əlavə divident gətirib. Masallı sakinlərini incitməyən başçı müavini R.Hüseynovun maxinasiyalarından da agahdır.

İddia edirlər ki, Masallı rayonundakı 1,5 milyon manat dəyərində olan çörək kombinatı da Rafil Hüseynova məxsusdur. Sadəcə olaraq zaman-zaman bu kombinatı başqa adamların adına qeydiyyatdan keçirir.

Bildirilir ki, Boradigah-Mahmudovar yolunun tikintisinə ayrılan vəsaitin demək olar ki, böyük hissəsi mənimsənilib.

Bunun üçün çəkilən yola və ayrılan vəsaitə baxsanız hər şey aydın olar. Və yaxud sənədləşmələrdə göstərilir ki, rayonda kənd daxili 260 km yol çəkilib.

Sənədləşmələrdə göstərilir ki, Gəyəçöl, Xolucalı, Xsobanlı, Əlzəbad, Güllütəpə, Yelağac, Çaxırlı, Ətcələr və s kəndlərdə yol çəkilib. Əslində isə bunlar sənədlərin üzərindədir və 3 milyon manat pulun hara yoxa çıxdığı məlum deyil.

Başqa maraqlı və gülməli bir fakt isə 7 kənddə tib məntəqəsinin tikilməsi ilə bağlıdır. Belə ki, dəyəri 20 min manatdan da az olan bir-iki otaqlı məntəqələrin tikintisinə sənədlərə görə güya 50-60 min manat pul ayrılıb.

Masallı rayon Viləş çayının Digah kəndindən qum daşıma biznesi yaradılıb və buradan əldə olunan gəlir bir başa icra başçısına çatdırılır.

Aynurə Kərimova,
Emtv.az.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR