SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Bakıda ağır qəza törədən dünya çempionu xəstəxanada vəfat etdi

30-06-2019, 18:38 | Oxunub: 8 362 |

Bakıda ağır qəza törədən dünya çempionu xəstəxanada vəfat etdi

Qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu Fərhad Poladov dünyasını dəyişib.

Emtv.az xəbər verir ki idmançı bu gün saat 14.00 radələrində 3 saylı Şəhər Kliniki Xəstəxanasında vəfat edib.

Ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən Fərhad Poladov MMA üzrə dünya kubokunu, 2014-cü ildə isə dünya çempionluğunu qazanıb.

O, əməliyyat olunduğu 3 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, F.Poladov dünən günorta saatlarında “Koroğlu” metrostansiyasının yaxınlığında “Niva” markalı avtomobili ilə qəzaya düşmüşdü.

Ağır xəsarət alan idmançı Sabunçu xəstəxanasına yerləşdirilmişdi.

Allah rəhmət eləsin.

Seymur Rəhimov
Emtv.az


Bakıda ağır qəza törədən dünya çempionu xəstəxanada vəfat etdi

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR