SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Bu dövlət qurumlarının maşınları satılır

29-06-2019, 19:44 | Oxunub: 4 379 |

Bu dövlət qurumlarının maşınları satılır

Bir neçə dövlət qurumu istifadəsiz qalan avtomobillərini hərraca çıxarıb.

Emtv.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu məqsədlə 30 iyul tarixində avtomobil hərracı təşkil edəcək.

Auksiona ümumilikdə 8 avtomobil təqdim edilib. Onlardan 5-i Ədliyyə Nazirliyinə, 2-si Əmlak Məsələləri Dövlət Komitəsinə, biri isə Baş Prokurorluğa məxsusdur.

Hərracda ən yüksək qiymətə təqdim edilən avtomobil Ədliyyə Nazirliyinindir. Nazirliyin satışa çıxardığı “Nissan Maksima” markalı avtomobil üçün müəyyən edilən ilkin satış qiyməti 8000 manatdır.

İkinci ən yüksək qiymətə təqdim edilən avtomobil Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus eyni markalı (“Nissan Maksima”) nəqliyyat vasitəsidir – ilkin satış qiyməti 7000 manatdır.

Hərraca ən ucuz avtomobili də Ədliyyə Nazirliyi çıxarıb. Belə ki, nazirliyin təqdim etdiyi QAZ-31105-120 markalı nəqliyyat vasitəsi 3000 manata satılır.

Seymur Rəhimov,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR