SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Bu da oldu: "Qohumunu sosial şəbəkədə biabır edəcəm" - Cinayət

29-06-2019, 17:48 | Oxunub: 5 561 |

Bu da oldu: "Qohumunu sosial şəbəkədə biabır edəcəm" - Cinayət

Cəlilabad rayonunda hədə-qorxu yolu ilə pul tələb edən şəxs tutulub.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, iyunun 28-də Cəlilabad rayonunun Günəşli kənd sakini Ə.Əliyev rayon polis şöbəsinə müraciət edib.

O, iyunun 24-də Salyan rayon sakini R.Ağayevin onun həmkəndlisi olan qohumu K.Həsənovu sosial şəbəkədə biabır edəcəyi ilə hədələyib 3000 manat pul istəməsini bildirib.

Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 28-də R.Ağayev Ə.Əliyevdən 3000 manat pulu alarkən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Mərhəmət Lələyev,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR