SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Adada tapılan qeyri-adi skelet elm dünyasını ayağa qaldırdı

29-06-2019, 17:41 | Oxunub: 6 273 |

Adada tapılan qeyri-adi skelet elm dünyasını ayağa qaldırdı

La-Manş boğazındakı Gernsi adasında arxeoloqlar qeyri-adi kəşfə imza atıblar.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, alimlər insan qalıqları olan bir qəbir aşkar ediblər. Alimlər adada məhz insanların yaşadığını düşünsələr də, kəşf başqa mətləblərdən xəbər verir.

Məsələ burasındadır ki, qədim insan qalıqlarından məlum olub ki, qəbirdə yatanın iri gözü (qəribədir ki, alnında), hamar üzü və qəribə ayaq pəncəsi var. Bədən proporsiyası pozulub. Bundan başqa, sümüklərin düzülüşü də fərqlidir.

Elm aləmi hələlik məsələnin hansısa təpəgözdən və ya sirli qumanoiddən getdiyini elan etməyə tələsmir. Mütəxəssislər ehtimal edirlər ki, kəllə sümüyü zədələnib və iki göz çuxuru əvəzinə biri formalaşıb. Sümüklərin belə formaya düşməsi isə qəbirin su basması ilə izah edilir

Ehtimal edilir ki, qəbirdəki boyu 152 sm olan rahib skeletidir. Laboratoriya analizlərindən sonra isə dəqiq nəsə demək mümkün olacaq...

Aysu Əliyeva,
Emtv.az.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR