SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Quba sakinləri nədən əziyyət çəkir? - GİLEY

29-06-2019, 14:15 | Oxunub: 11 992 |

Quba sakinləri nədən əziyyət çəkir? - GİLEY

“Yaydır, su yoxdur. Meşədən bulaqdan çəkilən iki su xətti də azlıq edir. Su ehtiyatı aşıb-daşan meşənin kənarında yaşayırıq, ancaq suyu kənddəki kanaldan vedrəylə, iplə çəkirik”. DİA.AZ bildirir ki, Qubanın Gədik kəndinin sakinləri kəndin sosial problemlərindən danışırlar. Kəndin də problemi bir deyil, iki deyil… Su qıtlığı, elektrik dirəklərinin çürüklüyü, qaz xəttinin yerli-dibli olmaması…

Gədik köhnə kənddir. Evlərin sayı 200-ə çatıb. Ailə təsərrüfatları ilbəil artır. Buranın əhalisi əsasən heyvandarlıq və əkin işləriylə məşğul olurlar. Ancaq susuzluq əhalini hər iki məşğuliyyətdən məhrum edir. Üstəlik, meşədəki iki bulaqdan gələn içməli su da tələbatı ödəmir.

Emtv.az xəbər verir ki,Kənd sakini Rəsul Mehrəliyev deyir, susuzluq üzündən həm insanların, həm də heyvanların həyatı təhkülədədir:

“Adamlar bir-birlərini kanala sallayırlar ki, vedrəylə su çəksinlər. Bəzən kanalın suyu çox dərin olur, bir anın içində kanala düşüb boğula bilərik. Kanaldan kəndə heyvanlara su daşımaq çətin olduğu üçün, məcbur oluruq ki, heyvanları kanala tərəf aparaq, suyu çəkib vedrəylə qoyaq qarşılarına, içsinlər. Kanalın ətrafı açıqdır deyə, heyvanları idarə edə bilməyəndə kanala tökülüşürlər, tələf olurlar… Susuzluq bu kənddə əsl faciədir…”.

Kanalın suyu içməli deyil, yalnız məişətdə istifadəyə yarayır. Ancaq kənd sakini Nəzakət Allahverdiyeva deyir, su qıtlığı üzündən adamlar bu suyu duruldub özləri də içirlər:

“Yekə su çəlləklərinin ağzına pambıq qoyuruq, suyu ordan süzürük, pambıq qapqara olur. Bunu azı on dəfə təkrarlamaq lazımdır ki, su durulsun. Sonra da xörəyə, çaya istifadə edirik. Paltarlarımızı yuyuruq, bu suyu duruldub çimirik…”

Kənddə elektrik məsələsi də insanların həyatını təhlükə altına alıb. Dirəklər çürüyüb, kəndin bəzi yerlərində vaxtilə külək səbəbindən aşan dirəkləri taxta parçaları əvəz edir. Bir-birinə calaq olmuş köhnə, çürük naqillər sarmaşıq kimi ağaclara, hasarlara dolaşıb. Kənd sakinləri deyir, əsasən yağışlı günlərdə küçəyə çıxmaq təhlükəlidir:

“Yağış yağanda, külək əsəndə naqillər yerlə sürünür, ətrafa qığılcımlar saçır. Hər il cərəyanvurmadan heyvan tələf olur. Keçən il kəndin ortasında bir atı cərəyan vurub öldürdü. Uşaqların məktəb vaxtı yağışlı, küləkli aylara təsadüf edir. Uşağı evdən buraxırıq, evə qayıdınca nigaran qalırıq ki, görəsən hansı məhəllədə cərəyan vurdu?”

Kənddə elektrik xətlərindəki qısaqapanmalardan və nasazlıqlardan tez-tez yanğın baş verir. Və qaz problemi…

Bu problem kənddə ta əvvəldən mövcuddur. Gədiyin qonşuluğundakı kəndlərin qaz problemləri zamanla həllini tapsa da, bu kəndə hələ Sovet vaxtından qaz xətti çəkilməyib. Gədiklilər də qışboyu evlərini kəndin yaxınlığındakı meşədən odun qırıb gətirməklə qızdırmalı olur. Yayda isə həyətdə qaz balonu alışdırırlar.

Qubanın Su-Kanal İdarəsindən bildirilib ki, Gədikdə su kranları var və əhali meşənin bularlarından çəkilmiş su ilə təmin olunur. Yayın qurlaqlığı bulaqlardakı suyun səviyyəsini də aşağı salır. Bu səbəbdən də kənddə suyun təzyiqi azalır. İdarə problemi həll etmək üçün alternativ yollar axtarır.

Qubanın İcra Hakimiyyətindən bildirlib ki, kəndlərin qazlaşdırılması işləri davam etdirilir. Bu işlər növbəli şəkildə həyata keçirilir. Elektrik naqillərinə gəlincə, bununla bağlı qurum rayon işıq idarəsinə məktubla müraciət edib.

Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR