SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Leyla Əliyeva inklüziv təhsillə bağlı layihənin təqdimatında - FOTO

29-06-2019, 14:14 | Oxunub: 12 383 |

Leyla Əliyeva inklüziv təhsillə bağlı layihənin təqdimatında - FOTO

İyunun 28-də “Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi” layihəsinin təqdimatı olub.

Emtv.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Qeyd edilib ki, layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Vətəndaş cəmiyyətinin iştirakı və inklüziv təhsilin tətbiqi vasitəsilə Azərbaycanda təhsil sisteminin müasirləşdirilməsi” Proqramı çərçivəsində həyata keçirilir.

Layihənin icrasında əsas tərəfdaşlar “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi və Təhsil Nazirliyidir. Layihə çərçivəsində İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, habelə Bakı şəhərindəki ümumtəhsil məktəbləri və xüsusi məktəblər ilə əməkdaşlıq həyata keçiriləcək.

Layihənin əsas məqsədi İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin inklüziv təhsil komponenti kimi sağlamlıq imkanları məhdud şəxslər üçün əlçatan edilməsi və əmək bazarının tələblərinə uyğun Peşə Təlimi Mərkəzinin yaradılmasıdır.

Diqqətə çatdırılıb ki, bu layihəyə cəlb olunan müəllim və sənətkarlar sağlamlığı məhdud gəncləri digər gənclərlə birlikdə öyrətmək üçün zəruri bilik və bacarıqlarla təmin ediləcəklər. Onların inklüziv təhsil prinsipləri barədə məlumatlılığı yerli və beynəlxalq təlimlər vasitəsilə artırılacaq. Layihə inklüziv peşə təhsili modelinin təşviqinə və ölkədə sağlamlıq imkanları məhdud şəxslər üçün bərabər şəraitin təmin edilməsinə töhfə verəcək. Sağlamlıq imkanları məhdud gənclərin ənənəvi incəsənət sahəsində əmək bazarının tələblərinə uyğunluğu artırılacaq. Proqram başa çatandan sonra layihənin nəticələrindən müvafiq tövsiyələrin hazırlanmasında istifadə olunacaq.

Bildirilib ki, layihənin əsas hədəf qrupları xüsusi məktəblərdə formal təhsil almış, inklüziv incəsənət və sənətkarlıq üzrə peşə təhsili proqramında iştirak etməkdə maraqlı olan sağlamlıq imkanları məhdud gənclər, təhsil prosesində iştirak edən təlimçilər, xüsusi təhsil verənlər, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin işçi heyəti və seçilmiş pilot məktəblərdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva layihəyə cəlb olunan sağlamlıq imkanları məhdud gənclərlə söhbət edib, onlarla şəkil çəkdirib.

Mərhəmət Lələyev,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR