SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

25 illik “Zeynalov erası” sona çatır – Dövlət Yol Polisində ciddi dəyişikliklər olacaq...

29-06-2019, 13:23 | Oxunub: 12 975 |

25 illik “Zeynalov erası” sona çatır – Dövlət Yol Polisində ciddi dəyişikliklər olacaq...

25 ildən artıqdır – 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsini tutan general-mayor Ramiz Zeynalovun, həmçinin 9 ildir Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəisi vəzifəsində işləyən polkovnik Nuşirəvan Səfərovun istefaya göndəriləcəkləri gözlənilir.

Emtv.az xəbər verir ki,“Yeni Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun bu şəxslərlə işləmək istəyəcəyi ehtimalı demək olar ki, yoxdur”,

Məsələ ondadır ki, həm Ramiz Zeynalov, həm də Nuşirəvan Səfərov “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də nəzərdə tutulan xidmətkeçmənin son yaş həddini tamamlayıblar. Bu Əsasnamənin 8-ci fəslində (“Daxili işlər orqanlarında xidmətdən xaric edilmənin əsasları” adlanır-red.) polkovnik rütbəsində xidmətkeçmə 55+5 yaş, general-mayor rütbəsində isə 60+5 yaş müəyyən olunub. 1951-ci il təvəllüdlü və 68 yaşlı Ramiz Zeynalov bu yaş limitini artıqlamasilə doldurub, hətta belə demək olar ki, o, son 3 ildə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsini qanuna zidd şəkildə tutub. Polkovnik rütbəsində olan Nuşirəvan Səfərovun isə təxminən 10 gündən sonra – iyulun 7-də 60 yaşı tamam olacaq. Bundan sonra ya ona general-mayor rütbəsini verib, daha yüksək vəzifəyə keçirməklə xidmət müddətini 5 ilədək artırmalı, ya da qanunun birmənalı tələbinə əməl edərək təqaüdə göndərməlidirlər. Yəni istənilən halda həm Baş Dövlət Yol Polisi İdarəsinin, həm də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyində dəyişiklik baş verməlidir – qanun belə tələb edir.

Əslində qanunun birmənalı tələbindən sonra DYP rəhbərliyində dəyişiklikləri zəruri edən digər səbəblər haqda danışmamaq da olar, amma belə səbəblər də yetərincədir. Onlardan üçünə nəzər salaq.

Əvvəla, məhz bu rəhbərliyin zamanında DYP ictimai rəydəki nüfuzunu sonadək xərcləyib, ölkənin ən nüfuzsuz və korrupsiyalaşmış dövlət qurumlarından biri kimi ad çıxarıb. Bu orqanda rüşvət ən adi həyat normasına çevrilib – vəziyyət o həddə çatıb ki, radikal dəyişikliklər olmasa, cəmiyyətin DYP-yə münasibətini müsbətə doğru dəyişmək faktiki olaraq mümkünsüz hala gəlib. Belə olduqda DYP-nin rəhbərliyini dəyişmədən yeni nazirin təyinatdan dərhal sonra elan etdiyi polisi insanların güvənc yerinə çevirmək proritetinin də həyata keçməsi çətin məsələ olar.

İkincisi, Ramiz Zeynalov 25 illik stajla çox böyük ehtimalla hazırda Azərbaycanda fasiləsiz eyni vəzifəni tutan ən uzunömürlü məmurdur. Əgər ölkədə 25 illik Daxili İşlər nazirini dəyişmək zərurəti hiss edilirsə, 25 illik BDYP rəisinin qanuna zidd şəkildə bu vəzifədə saxlanacağını düşünmək heç bir məntiqə sığmır.

Üçüncüsü, məlumatlı mənbələrin dediyinə görə, Vilayət Eyvazovla Ramiz Zeynalovun şəxsi münasibətlərində də, yumşaq desək, müəyyən problemlər olub. Bu səbəbdən R.Zeynalovun sərt xarakterli yeni nazirin komandasında qala bilmək şansı çox aşağı qiymətləndirilir. Bu faktorun R.Zeynalovun ən yaxın adamlarından biri hesab olunan, bu yaxınlığa görə bəzən hətta bəzi yuxarı instansiyalarla hesablaşmamaq xəttini tutmaqdan çəkinməyən N.Səfərovun da bundan sonrakı taleyinə ciddi təsir göstərəcəyi şübhə doğurmur.

Fikrimizcə, bütün bunlar deməyə əsas verir ki, DYP-də Ramiz Zeynalov erasının bitməsinə çox az qalıb.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR