SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Pulsuz çimərliklərdə ödənişlərlə bağlı reyd - FOTO

29-06-2019, 13:23 | Oxunub: 3 791 |

Pulsuz çimərliklərdə ödənişlərlə bağlı reyd - FOTO

Hövsan, Türkan, Zirə və Mərdəkan çimərliklərində reyd keçirilib.

Emtv.az xəbər verir ki, pulsuz çimərliklərdə ödənişlərin tələb edilməsi ilə bağlı olub.

Reyd zamanı bir sıra çimərliklərdə şlaqbaumlar götürülüb.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin baş məsləhətçisi Bayram Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, reyd zamanı bir sıra nöqsanlar aşkar edilib:

“Bir sıra çimərliklərdə dəniz suyundan istifadə üçün sakinlərdən ödəniş tələb edilir. Keçirilən reydin məqsədi ödəniş tələb edilməsinə qarşıdır. Vətəndaşlar belə hallarla qarşılaşan zaman müvafiq orqanlara müraciət etsinlər. Hər hansı bir yerdə dənizə girişin məhdudlaşdırılması və ödəniş tələb edilməsi qanuna ziddir”.

“Türkan, Şıx çimərliklərində nöqsanlar aşkar edilib. Pirşağı çimərliyindəki nöqsanlar aradan qaldırılıb. Yaxın günlərdə ora təkrar baxış keçiriləcək”, - deyə BŞİH nümayəndəsi qeyd edib.

Aysu Əliyeva,
Emtv.az.


Pulsuz çimərliklərdə ödənişlərlə bağlı reyd - FOTO
Pulsuz çimərliklərdə ödənişlərlə bağlı reyd - FOTO
Pulsuz çimərliklərdə ödənişlərlə bağlı reyd - FOTO
Pulsuz çimərliklərdə ödənişlərlə bağlı reyd - FOTO
Pulsuz çimərliklərdə ödənişlərlə bağlı reyd - FOTO

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR