SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqənin müddəti uzadıldı

28-06-2019, 19:28 | Oxunub: 9 431 |

Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqənin müddəti uzadıldı

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı elan etdiyi açıq heykəltəraşlıq müsabiqəsinə layihələrin qəbul müddəti avqustun 31-dək uzadılıb.

Emtv.az xəbər verir ki Fondun Mətbuat xidmətindən verilən məlumata görə, bu barədə qərar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun Heydər Əliyev Fonduna 27 iyun 2019-cu il tarixli məktubu və bir sıra heykəltəraşların müraciətlərinə əsasən qəbul olunub. Müraciətlərdə eskizlər üzərində işin başa çatdırılması baxımından müsabiqənin müddətinin uzadılması xahiş edilib.

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin heykəlinin "İçərişəhər" metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılması nəzərdə tutulur.

Müsabiqədə iştirak üçün ərizə və eskiz təqdim olunmalıdır.

Müsabiqədə iştirakın şərtləri:

• Müsabiqədə landşaft memarlığı, bağça-park və şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar heykəltəraşlar iştirak edə bilərlər.

• Namizədlər müsabiqədə iştirak etmək üçün müəyyən olunmuş nümunə üzrə ərizə təqdim etməlidirlər. Ərizə bilavasitə namizəd tərəfindən doldurulur. Ərizənin bütün bəndlərinin doldurulması mütləqdir. Müsabiqədə iştirak üçün yalnız müəllifliyi şəxsən namizədə aid olan eskizlər qəbul edilir.

• Namizədlər tərəfindən göndərilmiş sənəd və materiallar geri qaytarılmır və onlar üçün ödəniş edilmir. Müəllif hüquqlarının pozulmasına (plagiata) görə məsuliyyəti müsabiqəyə müvafiq materialları göndərən şəxs daşıyır.

• Müəllif ərizə və nəzərdən keçirilməsi üçün yaradıcılıq ideyasının ən azı iki eskizini (maketini) təqdim etməklə (elektron şəkildə təqdim etmək də mümkündür) seçim mərhələsinin iştirakçısı olur. İştirak üçün ərizə və eskizləri (maketləri) Heydər Əliyev Mərkəzinə (Bakı şəhəri, Heydər Əliyev prospekti, 1) təqdim etmək və ya elektron poçt vasitəsilə contest@heydar-aliyev-foundation.org ünvanına göndərmək lazımdır.

• Müsabiqənin təşkilat komitəsi verilmiş ərizə və eskizlər arasından bir qalibi müəyyənləşdirir. Müsabiqə iştirakçılarının seçimi aşağıdakı meyarlar üzrə həyata keçirilir: mövzuya uyğunluq, müəllif mülahizəsinin və icra edilmə səviyyəsinin peşəkarlığı, təqdim edilmiş kompozisiyanın materialın emal texnologiyasına uyğunluğu.

Hər bir heykəl həm ayrılıqda bir müəllif, həm də həmmüəlliflər tərəfindən hazırlana bilər. Həmmüəlliflərin sayı 3 nəfərdən artıq olmamalıdır.

Heykəlin ucaldılması müəllifin və ya onun müvəkkili olan şəxsin bilavasitə müşahidəsi altında, müsabiqənin təşkilatçısı tərəfindən seçilmiş yerdə həyata keçiriləcəkdir.

Münsiflər heyətinin üzvləri:

1. Vaqif Əliyev - Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini

2. Fərhad Xəlilov - Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı

3. Elbay Qasımzadə - Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar

4. İsmayıl Hüseynov - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri

5. Emin Məmmədov - Heydər Əliyev Fondunun incəsənət məsələləri üzrə eksperti, Əməkdar incəsənət xadimi

6. Məhəbbət Mehdiyeva - Heydər Əliyev Mərkəzinin departament direktoru, Əməkdar incəsənət xadimi

7. Akif Əsgərov - Xalq rəssamı, heykəltəraş, professor

8. Rahibə Əliyeva - AMEA Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru

9. Qalib Qasımov - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri, sənətşünas.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR