SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Məktəb direktorları 300 manat cərimələnə bilər - XƏBƏRDARLIQ

28-06-2019, 17:40 | Oxunub: 5 469 |

Məktəb direktorları 300 manat cərimələnə bilər - XƏBƏRDARLIQ

Dövlət İmtahan Mərkəzi tərəfindən 2018/2019-cu tədris ili üçün ümumtəhsil müəssisələrində buraxılış sinif şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi prosesinə başlanılıb.

Emtv.az xəbər verir ki, Mərkəzin məlumatında bildirilir ki, ümumtəhsil müəssisələri “Şagird-məzun” dövlət elektron məlumat sisteminə buraxılış sinif şagirdlərinin illik qiymətlərini vaxtında, tam və düzgün daxil edib təsdiqləməlidirlər.

Qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsinin 599-cu maddəsinə əsasən, ümumi təhsil və peşə təhsili müəssisələrinin “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə vəzifəli şəxslər 200 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək məbləğdə cərimə edilir.

Aysu Əliyeva,
Emtv.az.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR