SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Oğurladığı dərmanları satmaq istəyərkən tutuldu - FOTO

27-06-2019, 13:30 | Oxunub: 10 751 |

Oğurladığı dərmanları satmaq istəyərkən tutuldu - FOTO

Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluqlar edərək zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxs saxlanılıb. Araşdırmalarla onun əvvəllər məhkum olunmuş rayon sakini, 41 yaşlı Rauf Məlikov olduğu müəyyən edilib.

Emtv.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, Rauf Məlikov may və iyun aylarında rayonun Timiryazev qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birindən generator, su nasosu və digər təsərrüfat avadanlıqları, eləcə də rayon ərazisində isə dərman preparatları daşıyan avtomobildən tibbi avadanlıqlar və müxtəlif növ preparatlar oğurlayıb. Oğurluq nəticəsində əldə etdiyi təsərrüfat avadanlıqları dəyərindən ucuz qiymətə satan R.Məlikov, əldə etdiyi pulları xərclədiyini bildirib.

Oğurladığı dərman preparatlarını rayon ərazisində satmaq istəyən zaman polis əməkdaşları tərəfindən iş başında yaxalanan R.Məlikovun üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə olan heroin də aşkarlanaraq götürülüb.

R.Məlikov narkotik vasitə istifadəçisi olduğunu və həmin maddəni şəxsi istifadəsi üçün saxladığını bildirib.

Oğurluq yolu ilə əldə edilmiş tibbi avadanlıqlar və dərman preparatları isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktlarla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Sevinc Əlimova,
Emtv.az


Oğurladığı dərmanları satmaq istəyərkən tutuldu - FOTO
Oğurladığı dərmanları satmaq istəyərkən tutuldu - FOTO
Oğurladığı dərmanları satmaq istəyərkən tutuldu - FOTO

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR