SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan çox güclü və nizam-intizamlı bir orduya malikdir - Millət vəkili

26-06-2019, 12:24 | Oxunub: 13 391 |

Azərbaycan çox güclü və nizam-intizamlı bir orduya malikdir - Millət vəkili

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuz istənilən anda işğal altında olan torpaqlarımızı azad etmək iqtidarındadır. Azərbaycan Ordusu bunu 2016-cı ilin Aprel döyüşləri zamanı bir daha sübut etdi. Ordumuzda olan hərbi texnika, şəxsi heyətin yüksək hazırlığı, nizamlı döyüş taktikası, hərbçilərin qələbə əzmi, psixoloji vəziyyəti bunu deməyə əsas verir ki, Azərbaycan bir qarış torpağını belə güzəştə getməyəcək.

Emtv.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında millət vəkili Xanlar Fətiyev deyib.

X.Fətiyevin sözlərinə görə, Ali Baş Komandan İlham Əliyev daim ordu quruculuğunu, hərbi texnikaların müasirləşməsini, yeni - bu günün tələblərinə uyğun olan hərbi sursatların alınmasını, ölkəmizdə bir çox silah və sursatların istehsal olunmasını daim diqqət mərkəzində saxlayır:

"2003-cü ildən indiyə qədər Azərbaycanın hərbi büdcəsi orta hesabla 15 dəfə artıb. Prezident İlham Əliyevin ordu quruculuğundakı digər mühüm prinsipial siyasəti ölkənin hərbi sənayesinin yaradılması ilə bağlıdır.

Müharibə vəziyyətində yaşayan Azərbaycanın Silahlı Qüvvələrinin maddi-texniki bazasını milli məhsullar hesabına daha da gücləndirmək məqsədilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyi yaradıldı.

İndi nazirliyin müəssisələrində müxtəlif təyinatlı silah-sursat və hərbi vasitələrin istehsalı həyata keçirilir. Bu isə ordumuzun daha da qüdrətli olmasına xidmət edir".

Millət vəkili vurğulayıb ki, beynəlxalq reytinqlərə əsasən Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. Bu, artıq onu göstərir ki, Ali Baş Komandan şəxsi heyətin formalaşdırılması istiqamətində əməli addımlar atır:

"Prezident İlham Əliyev daim çıxışlarında qeyd edir ki, bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər. Hərbçilərimiz bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadir bir qüvvədir.

Ali Baş Komandanın bir əmri kifayətdir ki, ordumuz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs mübarizəyə başlasın. Bunun üçün ordumuzda hər bir şərait var".

X.Fətiyevin sözlərinə görə, dövlət başçısı hər bir Azərbaycan vətəndaşı kimi hərbçilərimizin də sosial rifahını yüksəltmək məqsədi ilə bir çox qərarlar qəbul edib:

"Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq hərbçilərimizə yaşayış evlərinin verilməsi, onların məvaciblərinin artırılması dövlətimizin orduya qayğısını göstərir. Ötən il 300-ə yaxın hərbçi yeni mənzillə təmin olundu.

İyunun 18-də ölkə başçısının əməkhaqlarının artırılması ilə bağlı sərəncamları bir çox dövlət qulluqçuları ilə yanaşı, hərbçilərimizin də maddi rifahını yüksəltməyə xidmət göstərir. Prezident İlham Əliyevin hərbçilərimizə göstərdiyi bu diqqət sonda qüdrətli bir ordunun formalaşmasına xidmət edir".

Ümid Abdullayev
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR