19:03 - Kərbəla ziyarətinin dərdü- bəla tur şirkətləri...
21:07 - XIRDALAN ŞƏHƏR 10 SAYLI TAM ORTA MƏKTƏBDƏ “İLK ZƏNG”
19:12 - DÜŞMƏN QUCAĞINI ÖZLƏRİNƏ SIĞINACAQ EDƏNLƏR HƏR ZAMAN UDUZUBLAR VƏ BUNUN ALTERNATİVİ YOXDUR
17:14 - Müstəqil Lider Jurnalı
16:06 - “Bir halda ki, davam edir 37” – - Xəlil Rza
12:36 - “Azərbaycanın Səsi” İctimai Birliyi tərəfindən aksiya keçirilmişdir - FOTOLAR
01:24 - Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul
01:12 - Azərbaycanda sabiq icra başçısına cinayət işi açıldı
01:04 - Azərbaycan Ordusu şəhid verib
00:59 - Vilayət Eyvazov rəis müavinini işdən çıxardı
00:51 - Əsgərlərimiz fərari ermənini saxladı - FOTO
00:39 - Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırır - FOTO
18:10 - Vilayət Eyvazovdan YENİ TƏYİNATLAR - FOTO
Gürcüstanın Baş prokurorluğu deputatın həbsinə qərar verib
Gürcüstanın Baş prokurorluğu parlamentin müxalifdə olan Vahid Milli Birlik Partiyasının deputatı Nika Melianın həbsi ilə bağlı qərar qəbul edib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, deputat iyunun 20-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı baş verən iğtişaşların əsas təşkilatçılarından biri olmaqda şübhəli bilinir.
Baş prokurorluq Nika Melianın həbsinə icazə verilməsi ilə bağlı artıq parlamentə müraciət edib.
Məlumat üçün qeyd edək ki, Tbilisidə iyunun 20-si və 21-də etiraz aksiyası zamanı polislə vətəndaşlar arasında ciddi qarşıdurma yaranmışdı. İğtişaşlar zamanı 250-yə yaxın insan yaralanıb, 305 nəfər saxlanılıb.
Baş verən hadisədə səlahiyyət həddini aşdığına görə, 10 polis əməkdaşı işdən qovulub, iki polis əməkdaşı barəsində cinayət işi açılıb.
Artıq saxlanılan etirazçıların 55-i azadlığa buraxılıb.
Aynurə Kərimova
Emtv.az.