SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan Monteneqronu iqtisadiyyatın prioritet sahələrinə investisiya qoymağa çağırır

25-06-2019, 22:43 | Oxunub: 4 321 |

Azərbaycan Monteneqronu iqtisadiyyatın prioritet sahələrinə investisiya qoymağa çağırır

"Milli iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı Azərbaycanın dövlət siyasətinin prioritetidir və bu istiqamətdə ciddi addımlar atılır".

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Monteneqro Biznes Forumunda deyib.

O, ixrac missiyalarının vacibliyini vurğulayaraq deyib ki, bu məqsədlə ticarət nümayəndəlikləri yaradılıb və hazırda Çin, Rusiya, BƏƏ və Şərqi Avropada fəaliyyət göstərir: "Azərbaycana investisiya qoymaq və tərəfdaşların tapılması üçün sənaye parkları yaradılıb.

Bir sözlə, Azərbaycanda biznes mühitin inkişafı və ölkəyə investisiyaların cəlb olunması üçün optimal şərait yaradılıb. Bizim Monteneqrodakı tərəfdaşlarımız bu imkanlardan yararlana və Azərbaycana investisiyalar qoya bilərlər".

Aysu Əliyeva
Emtv.az.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR