SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Bakıda fəhləni cərəyan vuraraq öldürüb

25-06-2019, 17:23 | Oxunub: 6 485 |

Bakıda fəhləni cərəyan vuraraq öldürüb

Bakıda fəhlə faciəli şəkildə ölüb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən "Alprof" MMC-yə məxsus emalatxanada baş verib.

Orada fəhlə işləyən, 1986-cı il təvəllüdlü Rahil Məmmədov elektrik çaydanını şəbəkəyə qoşmaq istəyərkən çaydanın birləşdirici hissəsində olan nasazlıqla əlaqədar onu cərəyan vurub. Fəhlə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sevinc Əlimova

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR