SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Pakistan Prezidenti Azərbaycanın Pakistandakı səfirini qəbul edib

25-06-2019, 17:13 | Oxunub: 12 549 |

Pakistan Prezidenti Azərbaycanın Pakistandakı səfirini qəbul edib

Qəbula görə təşəkkür edən səfir Əli Əlizadə, Azərbaycan Respublikası Prezidentinin salamlarını və Azərbaycana dəvətini Prezident Dr. Arif Alviyə çatdırmışdır

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Pakistanla əlaqələrə verdiyi xüsusi önəmi vurğulayan səfir, Azərbaycan-Pakistan münasibətlərinin daim dərinləşməsində və inkişafında hər iki ölkənin rəhbərlərinin və xalqlarının sıx əməkdaşlığının, dostluğunun xüsusi töhvəsinin olduğunu qeyd etmişdir.

Siyasi, iqtisadi, ticari, hərbi, hərbi-texniki, müdafiə, mədəni, elmi, turizm, birbaşa hava reyslərinin yaradılması, enerji, humanitar və sosial sahələrdə yeni əməkdaşlıq təklifləri və niyyətləri, həyata keçirilmiş layihələr haqqında Pakistan Prezidentinə məlumat verən səfir Əli Əlizadə, Heydər Əliyev Fondunun Pakistanda xüsusi üşaqlar üçün təşkil etdiyi tədbirə və iftar yeməyinə şəxsən qatıldığına görə Prezident Dr.Arif Alviyə Fondun rəhbərliyinin təşəkkürlərini çatdırmışdır.

Səfir Azərbaycanın Pakistanı qardaş ölkə olaraq hər zaman dəstəklədiyini və Pakistan-Azərbaycan əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edərək səmimi görüşə görə təşəkkür etmişdir.


Pakistan Prezidenti Dr. Arif Alvi salamlarının və dəvətə görə minnətdarlığının Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş etmiş, beynəlxalq və regional məsələlərdə də hər iki qardaş ölkənin bir-birinin yanında olduğunu və Azərbaycanın dəstəyinin daim məmnunluqla qarşılandığını vurğulamışdır.

Prezident Arif Alvi Kəşmir və Dağlıq Qarabağ məsələlərinin BMT-nin TŞ-nın qəbul edilmiş qətnamələri əsasında həllinin zəruriliyi bildirmiş və Pakistanın Azərbaycanla strateji tərəfdaşlığının davam edəcəyini qeyd etmişdir.

Azərbaycan birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar və sosial yönümlü layihələrin yüksək qiymətləndirildiyini bildirən Prezident Arif Alvi Ramazan ayında baş tutmuş tədbirin də xüsusi uşaqlara diqqətin cəlb olunmasına, onların qabiliyyətlərinin ictimaiyyətə aşılanmasına xidmət etdiyini və humanist addım olduğunu ifadə etmişdir.

Pakistan Prezidenti Azərbaycan-Pakistan dövlətlərarası əlaqələrinin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək bütün sahələrdə əlaqələrin daha da inkişafının, dərinləşməsinin zəruri olduğunu və buna lazımi dəstəyin mütəmadi veriləcəyini bildirmişdir.

Ümid Abdullayev
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR