SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Əli Əhmədov: "Aprel döyüşləri ordumuzun statusunu qəti olaraq təsdiq etdi"

25-06-2019, 15:50 | Oxunub: 9 534 |

Əli Əhmədov: "Aprel döyüşləri ordumuzun statusunu qəti olaraq təsdiq etdi"

"Sabah Silahlı Qüvvələr günüdür. Azərbaycanın hər bir vətəndaşı haqlı olaraq fəxr edə bilər ki, qüdrətli, möhtəşəm silahlı qüvvələrimiz var".

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, 2016-cı ilin Aprel döyüşləri ordumuzun statusunu qəti olaraq təsdiq etdi:

"Əsgərlərimiz, zabitlərimiz, generallarımız Ali Baş Komandanın əmri ilə istənilən döyüş vəzifəsini, ən başlıcası isə torpaqlarımızın azad olunması vəzifəsini yerinə yetirməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.

Əminəm ki, Aprel döyüşlərindən sonra düşmənin yuxusu qaçıb, sakitləşib özünə gələ bilmir.

Xüsusi qürur verən cəhət odur ki, Azərbaycanın Silahlı Qüvvələri döyüş qüdrətinə və təchizatına görə dünyanın ən güclü orduları sırasındadır.

Əhalisinin sayına görə dünyada 89-cu yerdə olan ölkəmiz ordumuzun qüdrətinə görə 52-ci yerdə durur.

Quruculuğu ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik strategiyasının reallaşması dövründən başlayan möhtəşəm Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi altında sözün həqiqi mənasında dünyanın qüdrətli silahlı qüvvələri sırasında özünə layiqli yer tutmuşdur".

YAP-ın Sədr müavini Azərbaycan silahlı qüvvələrinin 1990-cı illərinin əvvəllərindəki vəziyyətindən bəhs edərək qeyd edibv ki, ordu günündə keçmişə ekskurs edib 1992-1993-cü illərdə silahlı qüvvələr sahəsindəki anarxiyanı yada salmamaq mümkün deyil:

"Erməni silahlı qüvvələrinin Azərbaycana təcavüzü ilə başlanan müharibə şəraitində AXC-Müsavat hökumətinin orduya rəhbərliyi hərbdən xəbəri olmayan avantürist birinə həvalə etməsi xəyanət və cinayətdən başqa bir şey deyildir.

Bundan heç də geridə qalmayan xəyanət və cinayət o idi ki, cəbhədə torpaqlarımıza təcavüz edən düşmənə çevrilməli olan silahların xeyli hissəsi Bakıda, Gəncədə, digər yerlərdə insanları vahimə altında saxlamaq üçün mülki insanlara paylanmışdı.

Daha bir xəyanət və cinayət isə o idi ki, ayrı-ayrı partiyalara və qruplara xidmət göstərən silahlı dəstələr yaradılmasına dövlət səviyyəsində imkan verilmişdi.

Nəticədə güclü nizami ordu yaradılması baş tutmamışdı, torpaqlarımızın müdafiəsi lazımınca təşkil olunmamışdı.

Mən könüllü batalyonlarda vuruşan, ümumiyyətlə vətənin bütövlüyü yolunda böyük qəhrəmanlıqlar göstərərək canını qurban verən hər kəsin əziz xatirəsi qarşısında baş əyirəm.

Onlar həqiqətən qəhrəmanlar idi.

O zaman güclü nizami ordumuz yaradılsaydı, şübhə etmirəm ki, əvvəla itkilərimiz qat-qat az olardı, ikincisi isə torpaqlarımız işğal altına düşməzdi.

Canını vətən yolunda fəda etməyə hazır olan qəhrəmanlarımız nizami ordu halında birləşərək buna imkan verməzdi".

Ə.Əhmədov daha sonra qeyd edib: "Artıq o illər arxada qalıb. Azərbaycan dəyişib. Güclü iqtisadiyyatı var, sabitlik və əminamanlıq möhkəm qərar tutub, insanların rifahı gündən-günə yaxşılaşır, dünyada ölkəmizin nüfuzu yüksəlir.
Xalqın iradəsi, Ali Baş Komandanın müdrikliyi və Ordumuzun qüdrəti sayəsində işğal olunmuş torpaqlarımızın geri qaytarılacağına kimsə şübhə etmir.
Və o gün uzaqda deyil. Silahlı Qüvvələr Günümüz mübarək!".


Ümid Abdullayev
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR