SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Ağstafa rayonunda növbəti hadisə baş verə bilər: Rayon rəhbəri xəbərdardırmı?

24-06-2019, 23:05 | Oxunub: 6 513 |

Ağstafa rayonunda növbəti hadisə baş verə bilər: Rayon rəhbəri xəbərdardırmı?

Yerli icra orqanlarından narazılıq hər ötən gün daha da artır. Əhalinin və rəhbərlik etdiyi rayonun problemlərindən daha çox şəxsi çıxarlarını düşünən "region padşahları” sözün əsl mənasında böyük kütlənin qəzəb hədəfinə çevrilmiş olur.

Bu isə heç şübhəsiz ki, ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətə kölgə salmaqla yanaşı, hakimiyyəti yerli sakinlərin nəzərində aşağı ölçülməsinə səbəb olur.

Bu gün yuxarıda bəhs etdiyimiz qaydada fəaliyyət göstərən yerli strukturlardan biri də Ağstafa rayon icra hakimiyyətidir rayonun icra başçısı Nizaməddin Quliyev əslində rayon sakinləri üçün nələrisə etməyə çalışan rəhbərlərdəndir.

Emtv.az xəbər verir ki, rayon sakini İsayev Telman Tapdıq oğlunun yerli mətbuata verdiyi açıqlamaya istinadən fəaliyyətləri ciddi narazılıqlara səbəb olanlar icra başçısının ətrafındakılardır.

"Xüsusilə də Ağstafa RİH başçısının birinci müavini Ramiz Tatarov rayondakı bir çox müəmmalı işləklərin müəlliflərindən hesab olunur. Ramiz Tatarov və rayondakı adamlarının yarıtmaz fəaliyyəti isə sonda icra başçısının ayağına yazıldığından tənqid hədəfi də məhz Nizaməddin Quliyev olur”.

Ramiz Tatarov idarəçilikdə əsas rol ifaçısı olduğundan onun səriştəsizliyi və işbilməzliyi ümumilikdə mətbuatda rayon rəhbərliyinin tənqid olunmasına səbəb olur.

Elə bu səbəbdəndir ki, Ağstafa rayon Saloğlu qəsəbə sakini T.İsayev uzun illərdi ki,mənzilinə gedən yolun Azər İbrahimov adlı şəxs tərəfindən zəbt olunduğunu bildirir.

Sözü gedən məsələdə "AT " oynadan rayon sakini A.İbrahimov kimdir və yaxud kimin adamıdır? Hər kəsə məlumdur ki,son günlər Ağstafa rayonunda baş verən qanlı hadisələr ölkə əhalisinin narahatlığına səbəb olub.

Bu cür hadisələrin baş verməsi bir çox hallarda aidiatı qrumların müraciətlərə məsuliyyətsiz yanaşmaları səbəbindən qanlı hadisəylə nəticələnir.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR