SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Londonda Zamirə Hacıyevanın məhkəmə prosesi keçirilir

24-06-2019, 22:25 | Oxunub: 9 330 |

 Londonda Zamirə Hacıyevanın məhkəmə prosesi keçirilir

Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı, 55 yaşlı Zamirə Hacıyevanın məhkəməsi olub.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, “Westminster Magistrates” məhkəməsində keçirilən iclas iki saat yarımdan çox çəkib.

Məhkəmə prosesində Cahangir Hacıyevın 29-70 min dollar arası maaş aldığı xatırladılıb. Bu məbləğdə maaş qazanan birinin ailə üzvünün bu qədər yüksək vəsaiti ancaq qanunsuz yollarla əldə edə biləcəyi vurğulanıb.

Qeyd edilib ki, Zamirə Hacıyeva Azərbaycan Beynəlxalq Bankı tərəfindən 28 kart istifadə edib, bu kartlardan 10-u isə şəxsən Zamirə Hacıyevanın adına açılıb. Digər kartlardan bəziləri isə ərinin şəxsi mühafizəçisinin adınadır.

Zamirə Hacıyeva özünün adına olan kartlardan 14.5 -15.5 milyon funt sterlinq məbləğində pul xərcləyib, özü və ailəsi üçün bahalı təyyarə bileti, cavahirat əşyaları alıb, üç uşağının təhsil xərclərini ödəyib, gözəllik mərkəzlərində bu puldan istifadə edib.

Zamirə Hacıyeva bu 10 bank kartından 13 milyon 500 min dollar, 2 milyon 790 min avro və 4 milyon 600 min manat xərcləyib.

Onun əri, Cahangir Hacıyevin bu məbləğdə pulunun olmadığı, o bu kartları alarkən lazımı sənədlərin təqdim edilmədiyi deyilib.

Bildirilib ki, 2009-2015-ci illərdə Zamirə Hacıyevaya bank tərəfindən faizsiz kreditlər verilib və bu zaman o, heç bir sənəd təqdim etməyib. Ümumilikdə çirkli pul yumaq, bankın pullarının mənimsənilməsi səbəbindən Azərbaycanda 37 nəfərlik “kriminal qrup”un bu işdə adının hallandığı bildirilib.

Vurğulanıb ki, bu kriminal qrup ümumilikdə 97 milyon dollar mənimsəyib.

Zamirə Hacıyevanın vəkili isə gizli şahidlə bağlı hakimə müraciət edib. Belə ki, o şahidin adının təhlükəsizlik baxımından gizli tutulmasını xahiş edib.

Qeyd edək ki, Zamirə Hacıyeva ilk dəfədir ki, özünün məhkəmə prosesində iştirak edir.

55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (Unexplained wealth orders,UWO)çərçivəsində məhkəmə qarşısına çıxır . Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

Xatırladaq ki, Zamirə Hacıyeva 2014-cü ildən Azərbaycana gəlməyib. O, 11.5 milyon funt sterlinq dəyərində “Harrods”a yaxın məsafədə üç ardıcıl evə sahibdir.

Onun ən maraqlı xərcləri arasında “Disney”in eksklüziv mağazasında “Bibbidi Bobbidi Boo” kassasında 99,000 funt sterlinq dəyərində etdiyi ödəniş olub.

Məhkəmə prosesi davam edəcək.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR