SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Mehriban Əliyeva uşaqlarla rəqs etdi

22-06-2019, 21:32 | Oxunub: 4 810 |

Mehriban Əliyeva uşaqlarla rəqs etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Abşeron rayonunun Saray qəsəbəsində 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, M.Əliyeva və L.Əliyeva sosial xidmət müəssisəsində olarkən uşaqların yaşayış şəraiti ilə maraqlanıb və reabilitasiyayönümlü xidmətlərlə tanış olublar.

Mehriban Əliyeva uşaqlarla birlikdə kitab oxuyub, nəşrdəki şəkilləri müzakirə edib.

Uşaqlar Mehriban Əliyevaya və Leyla Əliyevaya öz bacarıqlarını nümayiş etdiriblər.

Onlar Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin “Nəsimi İli” elan olunduğunu bildirərək, şairin şerlərini səsləndiriblər, mahnılar, rəqslər ifa ediblər.

M.Əliyeva rəqs bacarığını nümayiş etdirən uşaqlarla birlikdə rəqs edib, onlarla xoş dəqiqələr keçirib.

Aysu Əliyeva
Emtv.az

Mehriban Əliyeva uşaqlarla rəqs etdi
Mehriban Əliyeva uşaqlarla rəqs etdi
Mehriban Əliyeva uşaqlarla rəqs etdi

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR