SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

NİYƏ DTX-ya ƏLİ NAĞIYEV, DİN-ə VİLAYƏT EYVAZOV GƏTİRİLDİ? – Siyasi ekspert səbəbləri açıqladı

22-06-2019, 19:25 | Oxunub: 15 445 |

NİYƏ DTX-ya ƏLİ NAĞIYEV, DİN-ə VİLAYƏT EYVAZOV GƏTİRİLDİ? – Siyasi ekspert səbəbləri açıqladı

“Belə bir dəyişikliyə ehtiyac var idi…”

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Prezidentin son təyinatlarla bağlı qərarını şərh edən tanınmış siyasi ekspert, Şərq-Qərb Araşdırmalar Mərkəzinin prezidenti, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu internet tv-lərdən birinə müsahibəsində bu mövzuda danışıb.

Təyinatların səbəbləri barədə öz fikirlərini açıqlayan Ə.Oruclu öncə bildirib ki, hakimiyyətdaxili qruplar arasında hər zaman gərgin mübarizə gedib. Əsas hədəflərdən biri isə Daxili İşlər Nazirliyi (DİN) olub.

“Azərbaycanda sovet dövründən qalan ənənəyə uyğun olaraq, əsas güc strukturu Daxili İşlər Nazirliyidir. Bunun da səbəbi odur ki, DİN hər bir həyətdə, hər bir məhəllədə təmsilçiyə malikdir. Milli Təhlükəsizlik Nazirliyi (MTN) və ya indiki adi ilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) isə müəyyən informasiya qrupudur. Ancaq real güc deyil. Polis isə real gücdür” – deyə bildirən Ə.Oruclu, vaxtilə Eldar Mahmudovun məhz bu gücü nəzarəti altına almaq üçün Ramil Usubovu hədəfə aldığını (“Qara Kəmər” əməliyyatı-red.), ancaq niyyətini reallaşdıra bilmədiyini vurğulayıb. Həmin dövrdən sonra da bu istiqamətdə bir neçə uğursuz cəhdin olduğunu qeyd edib.

NİYƏ DTX-ya ƏLİ NAĞIYEV, DİN-ə VİLAYƏT EYVAZOV GƏTİRİLDİ? – Siyasi ekspert səbəbləri açıqladı

Ə.Oruclu son dəyişikliklərdə də Ramil Usubovun kənarda qoyulmamasının, siyasi vəzifəyə təyinat almasının, eyni zamanda DİN rəhbərliyinə onun yetirməsinin və etibarli kadrının – Vilayət Eyvazovun gətirilməsinin də önəmli məqamlar olduğunu bildirib. Həmçinin, Vilayət Eyvazovun Daxili İşlər Orqanlarına nəzarət edə biləcək ən real şəxs olduğunu vurğulayıb.

DTX rəhbərliyindəki dəyişikliklərə toxunan Ə.Oruclu sabiq rəis Mədət Quliyevin Xidmətin fəaliyyətində müəyən dönüş yaratdığını, qurumu Eldar Mahmudovun kadrlarından “təmizlədiyini”, onun tərəfindən işdən çıxarılan köhnə “çekistləri”i geri qaytardığını qeyd edib. Ancaq M.Quliyevin fəaliyyətindəki bütün bu müsbət məqamlarla yanaşı, onun peşəkar təhlükəsizlik işçisi olmadığını da vurğulayıb.

Regionda və ölkə daxilindəki mövcud situasiyanın isə DTX rəhbərliyində həm bacarıqlı, həm sadiq, həm də təcrübəli bir şəxsin olmasını tələb etdiyini vurğulyan siyasi ekspert, bunun da məhz general Əli Nağıyev olduğunu bildirib: “Azərbaycanın milli təhlükəsilik sistemində bu gün həyatda olan və fəaliyyət göstərən şəxslər arasında Əli Nağıyev peşəkarlıq baxımından bir nömrəli fiqurdur. O da gətirildi.”

NİYƏ DTX-ya ƏLİ NAĞIYEV, DİN-ə VİLAYƏT EYVAZOV GƏTİRİLDİ? – Siyasi ekspert səbəbləri açıqladı

Ə.Oruclunun sözlərinə görə, Əli Nağıyev hələ 2015-ci ildə Eldar Mahmudov vəzifəsindən kənarlaşdırıldıqdan sonra bu vəzifəni tutmalı idi. Ancaq müəyyən səbəblərdən bu baş verməyib.

Onun məhz indi DTX-nın rəhbərliyinə gətirilməsinin əsas səbəbini isə, Ə.Oruclu hazırda bu vəzifədə peşəkar çekistə daha çox ehtiyac duyulmasıyla bağlayıb: “Bu bir səbəb. İkinci səbəb isə İran ətrafında gərginləşən vəziyyət və bunun Azərbaycana təsiridir… Hər kəs bilir ki, İran-ABŞ münasibətləri gərginləşən xətt üzrə gedir… İrana qarşı hər hansı bir hərbi əməliyyat böyük qaçqın axınına səbəb ola bilər.

Bu zaman humanitar böhranla üzləşə bilən ölkələrdən biri, bəlkə də birincisi Azərbaycan olar. İranda əhalinin önəmli bir hissəsinin azərbaycanlı olması, həm də həmsərhəd dövlət olduğumuz üçün. Digər tərəfdən, İrana qarşı ABŞ və müttəfiqlərinin apara biləcəyi əməliyyatlar Rusiya üçün “göydəndüşmə” bir şansdır. Həm neftin qiyməti qalxacaq, həm də Rusiya İrana kömək adı ilə “isti dənizlərə” çıxış imkanı əldə edəcək. Bu zaman Rusiya qoşunlarının keçə biləcəyi yeganə quru ərazisi Azərbaycandır. Deməli, həm də buna görə ölkənin təhlükəsizlik sistemini, polisi gücləndirmək lazımdır”.

Ə.Oruclu aparılan dəyişikliklərin də bu baxımdan əhəmiyyətli olduğunu bildirib. Həm təhlükəsizlik sisteminin başına gətirilən Nağıyevin, həm də daxili işlər orqanlarına rəhbər təyin olunan Eyvazovun öz sahələrini, ölkədəki situasiyanı tam nəzarət altında saxlaya biləcək şəxslər olduğunu vurğulayıb.

Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR