SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

RUSİYA İRANI BU DƏFƏ DƏ SATACAQMI? – Kremlin 2 belə cəhdi uğursuzluqla nəticələnmişdi…

18-06-2019, 17:17 | Oxunub: 12 140 |

RUSİYA İRANI BU DƏFƏ DƏ SATACAQMI? – Kremlin 2 belə cəhdi uğursuzluqla nəticələnmişdi…

ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşündən sonra Rusiya prezidenti Vladimir Putin İrana məsləhət görüb ki, nüvə sövdələşməsi ilə əlaqədar yaranmış qarşıdurmada Rusiyaya ümid bəsləməsin. O, demişdi: “Rusiya yanğınsöndürən komandası deyil, biz hamını dalbadal xilas edə bilmərik, xüsusən də hər şey heç də bizdən asılı deyilsə”.

Bu sözlərdən iki həftə sonra “Bloomberg” agentliyi xəbər verdi ki, Rusiya İrana “S-400” zenit-raket kompleksləri verməkdən imtina edib. Hərçənd deyilir ki, guya bu İranın yuxarı siyasi dairələrinin xahişindən irəli gəlib. Əslində isə bu raket sistemləri ətrafında o qədər siyasi problemlər toplanıb ki, Rusiyanın bu məsələdə ehtiyatla davranması məntiqli görünür. ABŞ-la münasibətlərin istiləşməsi perspektivi və regionun digər mühüm oyunçuları Türkiyə, Səudiyyə Ərəbistanı və İsrailin siyasəti xüsusilə diqqətə alınmalıdır.

Hazırda Türkiyə “S-400” raketləri və “F-35” təyyarələri ətrafında ABŞ-la diplomatik qarşıdurma yaşayır. Digər ölkələr, məsələn, Səudiyyə Ərəbistanı Rusiyanın “S-400” raketlərinə maraq göstərir. Bununla da onlar ABŞ-a qarşı təzyiq vasitəsi əldə etmək istəyirlər.

Siyasi yanaşmadan başqa, Rusiya “S-400” sifarişlərini yerinə yetirməkdə xeyli texniki çətinliklər yaşayır. Bəlkə də, İrana indi birbaşa zenit kompeksləri göndərmək sadəcə olaraq mümkün deyil. Digər tərəfdən isə, İrana edilən təzyiqlər ən azından qısamüddətli perspektivdə Moskvaya sərf də edə bilər. İran neft ixracının kəskin düşməsi Rusiyaya OPEK-lə razılaşdırılmış “Vyana müqaviləsi” çərçivəsində öz neft hasilatı kvotasını artırmağa imkan verir.

OPEK və onunla əməkdaşlıq edən ölkələrin iyul ayında keçiriləcək görüşündə 2019-cu ilin ikinci yarısı ilə bağlı neft hasilatının həcmi ilə əlaqədar məsələlər həll olunacaq. Bu görüşdə Moskva tələb edəcək ki, sanksiyalar üzündən İranın çıxara bilmədiyi neftin payı müqavilədə iştirak edənlər arasında bölünsün. Bu beynəlxalq bazarların sabitliyinə kömək edə və neftin qiymətinin tez-tez dəyişməsinin qarşısını ala bilər.

Bundan başqa, Rusiya İrandan istifadə edərək Suriyadakı ABŞ-Səudiyyə Ərəbistanı oxuna qarşı öz mövqeyini gücləndirir. Dəməşqin dəstəklənməsi məsələsindəki müttəfiqliklərinə baxmayaraq, Moskva bu yaxınlarda İranın Suriyadakı bəzi strateji vilayətlərdə öz təsirini gücləndirməsini cilovlamağa çalışıb.

Bu o deməkdirmi ki, Rusiya Amerikanın maksimal təzyiq strategiyasını və ya hətta İrandakı rejimin dəyişdirilməsini dəstəkləyir?

Birincisi - Moskva Tehranın timsalında Yaxın Şərqdə mühüm oyunçu və Amerikan hegemoniyasına qarşı çıxan güclü dayaq görür. Regionun çoxqütblü olması Moskvanın marağındadır.

İkincisi - Fikir ayrılığına baxmayaraq, Suriya böhranına son qoymaq üçün İran Rusiyaya lazımdır.

Kreml çox yaxşı anlayır ki, İranın Suriyanı tam şəkildə tərk etməsi haqqındakı söhbətlər, sadəcə olaraq çaşdırıcı manevrlərdir. Son səkkiz il ərzində iranlılar Suriya rejiminin tərkibinə və silahlı qüvvələrinin içərisinə o dərəcə dərin daxil ola biliblər ki, onların bu ölkədən çıxması özü ilə birlikdə bu ölkənin bütün siyasi və hərbi sisteminin dağılması ilə nəticələnər. Moskva belə ssenariyə hazır deyil.

Üçüncüsü - Rusiya və İran həm Xəzər dənizində, həm də Orta Asiyada energetikadan tutmuş təhlükəsizliyə qədər, çox geniş tərkibli məsələlərdə əməkdaşlıq edirlər. Məsələn, 1990-cı illərdə məhz İran Tacikistandakı vətəndaş müharibəsinin dayandırılmasında Rusiyaya kömək etmişdi. 2008-ci ildə Qərb Rusiyanı Gürcüstan ilə müharibədə ittiham edəndə, İran de-fakto Rusiyanın mövqeyini dəstəkləmişdi. Hətta Tehran 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu barəsində Moskvanın irəli sürdüyü çərçivə müqaviləsini dəstəkləmişdi, hərçənd ki, bu sənədi imzalayan beş sahilboyu ölkələr içərisində İranın maraqları daha az təmin olunur.

Dördüncüsü - Kreml iki dəfə İrana göstərdiyi dəstəyini Qərblə daha yaxşı münasibətlərə dəyişməyə cəhd göstərib. Hər iki halda da bu nəticəsiz qalıb. Rusiya çətin ki, bu səhvi yenidən təkrarlasın. 1995-ci ilin iyununda ABŞ-ın vitse-prezidenti Al Qor Rusiyanın baş naziri Viktor Çernomırdin ilə məxfi müqavilə imzalamışdı. Həmin sənədə əsasən Rusiya İrana adi silahların satılmasını 1999-cu ilin sonunda dayandıracaqdı. Bunun əvəzində isə, Kreml ABŞ-la daha fəal iqtisadi əməkdaşlığa ümid bəsləyirdi. Bu, nəinki baş verdi, hətta həmin müqavilə Rusiyaya dörd milyard dollar dəyərində ziyana başa gəldi.

2009-cu ildə Dmitri Medvedyev və Barak Obama Rusiya-ABŞ münasibətlərinin yumşaldılmasına razılaşmışdılar. Nəzərdə tutulurdu ki, Rusiya İranla əməkdaşlıqdan üz döndərəcək. Beləliklə də, 2010-cu ildə Rusiya Tehrana “S-300” raket kompekslərinin verilməsi fikrindən vaz keçmişdi. Baxmayaraq ki, Kreml İran hökumətinə söz vermişdi. Bundan üç il sonra Ukraynada baş verənlərə görə ABŞ və Rusiya arasındakı münasibətlər yenidən pisləşdi.

Haqqında danışılan hər iki hadisə Rusiya–İran münasibətlərini körladı və bu Tehranın Moskvaya qarşı inamsızlığına səbəb oldu.

Beşincisi - ABŞ-ın Rusiyaya nə təklif edə biləcəyi aydın deyil. Hərçənd ki, Müllerin təhqiqatı Trampın Rusiya ilə hansısa işbirliyində olmadığını təsdiq etdi, lakin bu o demək deyil ki, Amerikan siyasi səhnəsində Rusiyanın imici tamamilə bərpa olunub.

Moskva ilə münasibətlərin yaxşılaşması o anlama gəlir ki, Vaşinqton Krımın anneksiyası, Ukraynanın şərqindəki müharibə və Rusiyanın digər Avropa ölkələrinin daxili işlərinə qarışması kimi məsələlərlə əlaqədar möqeyinə yenidən baxmalıdır.

Elə bu səbəblərdən də ABŞ-ın İrana qarşı gərginliyi artırmasını Rusiya çətin ki, dəstəkləsin.(“Al Jazeera”-Qətər)

Seymur Rəhimov,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR