SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Baş nazir istefadan sonra nə işlə məşğul olacağını açıqladı

17-06-2019, 10:51 | Oxunub: 6 065 |

Baş nazir istefadan sonra nə işlə məşğul olacağını açıqladı

Britaniyanın Baş naziri Tereza Mey jurnalistlərə istefaya getdikdən sonra nə işlə məşğul olacağı barədə danışıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, xanım siyasətçi bu vaxta qədər yemək bişirməyə vaxt tapmadığı üçün kulinariya ilə məşğul olacağını söyləyib.

O, həmçinin marağını çəkən digər məşğuliyyətlərdən bəhs edib:

“Mən istefamdan sonra parlamentari kimi siyasətdə qalacağam. Amma indi daha çox vaxtım olacaq, ailəmə, gəzintiyə və kriket oyununa zaman ayıracağam. Kriket izləməyi sevirəm”.

Qeyd edək ki, T.Mey iyunun 7-də istefa verdiyini bəyan edib. O, postunu iyulun 20-dən sonra tərk edəcək.

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR