SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Həkimlər tətilə çıxdılar

17-06-2019, 10:41 | Oxunub: 4 403 |

Həkimlər tətilə çıxdılar

Hinditsanın Tibb Assosiasiyası (IMA) bu gün ölkədə 24 saatlıq tətil elan edib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, tətil edənlərin tələbi tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsidir.

Məlumata görə, tətilə ayrı-ayrı ştatlardan tibb heyəti qoşulub, yalnız Maxaraştra ştatında tətilə qoşulanların sayının 4,5 min nəfər olduğu bildirilir.

Tətil təşkil edənlər bu gün ölkədə yalnız təcili tibbi yardıma ehtiyacı olanalar üçün xidmət göstəriləcəyini bildiriblər, xəstəxanalarda isə ümumilikdə iş dayandırılıb.

Tətilə səbəb isə 1 həftə öncə Kəlküttə xəstəxanalarından birində həkimlərin döyülməsi olub. Belə ki, xəstəxanada dünyasını dəyişmiş yaşlı bir şəxsin doğmaları həkimlərdən narazı olduqlarını bildirərək onları döyüblər.

Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR