18:30 - MƏN DEPUTATLIĞA ÖZ NAMİZƏDLİYİMİ GERİ GÖTÜRDÜM-Faiq ƏHMƏDOV
19:03 - Kərbəla ziyarətinin dərdü- bəla tur şirkətləri...
21:07 - XIRDALAN ŞƏHƏR 10 SAYLI TAM ORTA MƏKTƏBDƏ “İLK ZƏNG”
19:12 - DÜŞMƏN QUCAĞINI ÖZLƏRİNƏ SIĞINACAQ EDƏNLƏR HƏR ZAMAN UDUZUBLAR VƏ BUNUN ALTERNATİVİ YOXDUR
17:14 - Müstəqil Lider Jurnalı
16:06 - “Bir halda ki, davam edir 37” – - Xəlil Rza
12:36 - “Azərbaycanın Səsi” İctimai Birliyi tərəfindən aksiya keçirilmişdir - FOTOLAR
01:24 - Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul
01:12 - Azərbaycanda sabiq icra başçısına cinayət işi açıldı
01:04 - Azərbaycan Ordusu şəhid verib
00:59 - Vilayət Eyvazov rəis müavinini işdən çıxardı
00:51 - Əsgərlərimiz fərari ermənini saxladı - FOTO
00:39 - Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırır - FOTO
Gürcüstanda həkim səhlənkarlığı: Soydaşımız bətnindəki körpə ilə birlikdə öldü
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Nəzərli kənd sakini 33 yaşlı Samirə Yusubova bətnindəki 8 aylıq körpəsi ilə birlikdə dünyasını dəyişib.
Emtv.az yerli KİV-ə istinadən bildirir ki, hadisəyə həkimlərin ehtiyatsızlığının səbəb olduğu iddia edilir. Belə ki, S.Yusubovanın səhhətində yaranan problemlərdən dolayı yaxınları onu günorta saatlarında xəstəxanaya aparsalar da, həkimlər ona bir neçə dərman yazaraq evə buraxıblar. Evə çatdıqdan bir neçə saat sonra halı yenə pisləşib və yenidən xəstəxanaya gətirilib. Gecə saatlarında isə xəstəxanadan S.Yusubovanın öldüyü bildirilib.
Həkimlərin verdiyi məlumata görə, S.Yusubova axşam saatlarında xəstəxanaya gəldikdə təzyiqi yüksək olub. Yaxınları həkimlərin ehtiyatsızlığından və verdikləri dərmanlardan onun bu vəziyyətə düşdüyünü iddia edirlər. Soydaşımızın meyiti Rustavi şəhər ekspertiza mərkəzində yoxlanıldıqdan sonra ailəsinə təhvil verilib.
Qeyd edək ki, artıq Gürcüstan Daxili İşlər Nazirliyi məsələ ilə bağlı Cinayət Məcəlləsinin 116-cı maddəsi ilə cinayət işi açıb. Faktla bağlı araşdırma aparılır.
Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə, məsələ araşdırılaraq müvafiq prosedurlara başlanılacaq. Həmin klinikada həkimlərin pasiyentin ölümündə günahları sübuta yetirilərsə, onlara qarşı qanun çərçivəsində müvafiq addımlar atılacaq.
Seymur Rəhimov
Emtv.az