SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Mehriban Əliyeva Elçibəyin xanımının yas mərasimi xərclərini öz üzərinə götürdü

15-06-2019, 11:53 | Oxunub: 5 542 |

Mehriban Əliyeva Elçibəyin xanımının yas mərasimi xərclərini öz üzərinə götürdü

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki yas mərasimi ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Xatırladaq ki, Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Mərhumun cənazəsi doğma Kələki kəndinə (Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu) aparılıb.

Onu da bildirək ki, Əbülfəz Elçibəy 2000-ci il avqust ayının 22-də vəfat edib. Azərbaycanın ümummilli lideri, mərhum Prezident Heydər Əliyev onun dəfnində iştirak edib.

Mərhəmət Lələyev
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR