SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Generalın bağışladığı qaynı bəraət aldı

14-06-2019, 14:16 | Oxunub: 3444 |

Generalın bağışladığı qaynı bəraət aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət sərhədini qanunsuz keçmə, sənədləri saxtalaşdırmaqda və oğurluqda təqsirləndirilən Yusub Fəridə hökm oxunub.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə F.Yusuba qarşı irəli ittihamın sübuta yetirilmədiyi qeyd olunub və ona bəraət verilib.

Xatırladaq ki, general Emin Şəkinski proses zamanı məhkəməyə məktub göndərərək qaynını bağışladığını və şikayətçi olmadığını bildirmişdi.

Təqsirləndirilən F. Yusub Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynıdır.

Bundan öncə bu işlə bağlı bir neçə şəxs ittiham olunaraq onlara hökm oxunub.

E.Şəkinskinin keçmiş həyat yoldaşı Gülnarə Şəkinskaya onun evindən 60 min manat pul oğurlamaqda ittiham olunaraq axtarışa verilib. G.Şəkinskaya, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər


Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR