SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Beyləqanda İslam Allahverdiyev və Vüqar Aslanovun tender işbirliyi – Asif Ağayev necə aldanılır?

13-06-2019, 12:32 | Oxunub: 11 509 |

Beyləqanda İslam Allahverdiyev və Vüqar Aslanovun tender işbirliyi – Asif Ağayev necə aldanılır?

Rayon Maliyyə idarəsinin müdiri İslam Allahverdiyev “Veteks” MMC- nin rəhbəri ilə birlikdə görülən işlərin dəyərini şişirdərək büdcənin pulunu mənimsəyir.

Emtv.az xəbər verir ki,Beyləqanın icra başçısı Asif Ağayevin sələfi Vaqif Abdullayevin yaxın dostu və ortağı Vüqar Aslanovla işləməsi rayonda hər kəsin marağına səbəb olub. Çünki Vüqar Aslanovun nəzarətindəki “Veteks 2017” MMC şirkəti uzun illər Beyləqan şəhərinin abadlaşdırılması üçün keçirilən tenderlərin qalibi olub. Şirkətin həyata keçirtdiyi tenderlərdə Vaqif Abdullayevlə birgə külli miqdarda yeyintilərə yol verməsi ilə bağlı ölkə mətbuatında kifayət qədər məlumatlar tirajlanıb.

Məhz bu məsələlərdən sonra Asif Ağayevin yenidən Vüqar Aslanovla iş birliyinə getməsi hər kəsi çaşırdıb. Daxil olan məlumata görə Beyləqan icra hakimiyyətinin tenderlərini Vüqar Aslanovun şirkətinə verilməsində “əməyi”olan şəxslərdən biri rayon Maliyyə idarəsinin müdiri İslam Allahverdiyevdir. İş adamı ilə icra başçısının arasında vasitəçinin məhz maliyyə idarəsi müdirinin olduğu qeyd edilir.

Məlumatda hazırda Beyləqan icra hakimiyyətinin tenderlərini Vüqar Aslanovun qohumu və dostu vergi işçisi Mahir Qarayevin qaynı Sadıqov Ramiz Musa oğlunun adına olan şirkətin həyata keçirtidyi bildirilir. Həyata keçirilən tenderlərdə isə istifadə olunan mal-matrealların qiymətlərinin şişirdildiyi və Asif Ağayevin aldadıldığı iddia edilir.

Daha sonra azeuronews.com onu da qeyd edir ki, həftədə bir dəfə Vüqar Aslanovla İslam Allahverdiyev görüşərək tender işlərini hesablayıb, vəsaitlərin bölüşdürülməsi ilə məşğul olurlar. İslam Allahverdeiyevin Vüqar Aslanovla işbirliyinə gedərək görülən işlərin qiymətlərini qaldıraraq büdcədən ayrılan vəsaitləri mənimsədikləri qeyd edilir.

Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!

Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR