SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 11:28 | Oxunub: 11 858 |

Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

Son günlər Bakı Türk Litseyinin hər il ənənəvi keçirdiyi qəbul imtahanı ilə bağlı müxtəlif iddialar irəli sürülməkdədir. Litseyə qəbul imtahanı verəcək şagirdlərin valideynlərinin bəziləri iddia edir ki, qəbulla bağlı litseyə şagirdlər tərəfindən saxta sənədlər təqdim olunub.

Belə ki, qəbul olunmuş qaydaya əsasən, litseyə yalnız bu tədris ilində orta məktəblərin beşinci sinfində təhsil alan şagirdlər qəbul oluna bilər. Emtv.az xəbər verir ki,amma valideynlərin yerli KİV-lərə verdiyi məlumata görə isə bu ilki qəbulda 60 dan çox 6-cı sinif şagirdləri iştirak edir ki, onların da əlində təkrar beşinci sinifdə qalmaqları barədə arayış var.

Altıncı sinif şagirdlərinin qəbulda iştirak edərək daha yüksək balla yerləri daha çox tutduğunu öz övladlarına haqsızlıq hesab edən beçinci sinif valideynləri 6 iyun 2019-cu ildə Dəyanət vəqfi Bakı Türk litseyinin qarşısında etiraz aksiyası keçiriblər.

Eyni zamanda yerli KİV-lər bildirir ki, litsey tərəfindən Hünər Kurslarının facebook səhifəsində valideynlərə müraciət ünvanlanıb və bildirilib ki, sınaq imtahanında biliyini yoxlamaq məqsədilə müxtəlif siniflərin şagirdləri iştirak edə bilər. Qəbulda isə yalnız 2018-2019 -cu tədris ilində beşinci sinifdə təhsil alan şagirdlər iştirak edəcəklər. Valideynlər isə hələ də narahatdır, təkrar beşinci sinifdə qalmış şagirdlər bu qəbulda iştirak edə biləcəkmi? Bunu dəqiqləşdirmək məqsədilə bir qrup valideyn cumhuriyyet.az-a müraciət edərək sınaq imtahanlarında iştirak etmiş 6-cı sinif şagirdlərinin siyahısını bizə təqdim ediblər. Ötən il 5-ci sinif şagirdi kimi Dəyanət vəqfi Bakı Türk litseyinə qəbul üçün imtahan verən 60-dan artıq şagird bu il də qəbul üçün sənəd verib. Məntiqlə belə çıxır ki, bu şagirdlər bacarıqsız və qiymətləri aşağı olan şagird kimi, bir il sinifdə qalıblar. İndi bu şagirdlərin Dəyanət vəqfi Bakı Türk litseyində uğurlu nəticəsi bu litseyin nüfuzunu şübhə altına alacaq. Amma hər kəsə bəllidir ki, reallıq 60-dan artıq şagirdə orta məktəb direktorları tərəfindən verilən saxta sənəd üzərində qubrulub.

Media olaraq Litseyin rəhbərliyinə bu məsələdə daha diqqətli olmağı tövsiyyə edirik. Litseyin qəbul imtahanında yüksək bal toplamış şagirdin orta məktəbdə sinifdən sinfə keçə bilməməsi absurddur. Tədris ili bitmədən sinifdə qalmaq haqda arayışı əldə etmək daha absurddur. Bu qədər çox saylı şagirdin 6-çı sinfə keçə bilməməsi üçqat absurddur. Bütün bu hallar gerçəkdən baş veribsə, məsuliyyət birbaşa həmin orta məktəblərin direktorlarının üzərindədir. Sonda bu məsələnin düzgün həllli üçün litseyin yüksək həsasslıq göstərməsinə inamımızı bildirməklə yanaşı, şagirdlərimizə uğurlar arzulayırıq.

Mövzunu və iki il “5-ci sinif şagirdi” olan şagirdlərin nəticələrini diqqətdə saxlayacağıq.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq!

Aynurə Kərimova
Emtv.az



Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR