SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Nazirə meydan oxuyan, oğlu həbsdə özü töhmətli direktor: Səadət Veyisova- VİDEO

13-06-2019, 11:01 | Oxunub: 11 143 |

Nazirə meydan oxuyan, oğlu həbsdə özü töhmətli direktor: Səadət Veyisova- VİDEO

“20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysova təmir üçün hər sinifdən 120 azn pul yığır. Bu barədə övladları həmin məktəbdə oxuyan valideynlər deyib.

Bundan əlavə məktəbdə son zəng tədbiri üçün 11-ci sinif şagirdlərinin hərəsindən 40 azn yığılır. Deyilənə görə, 11 – lər 5 sinifdir. Nəzərə alsaq ki, hər sinifdə azı 25 şagird var, toplanacaq pulla son zəng tədbiri yox e, beynəlxalq yarışlardan birinə ev sahibliyi etmək olar”.

Emtv.az bildirir ki, bu məlumatı yaxın günlərdə tanınmış jurnalist İradə Nurəddinqızı öz facebook səhifəsində paylaşıb. Məlumat üçün bildirək ki, 20 saylı məktəb-lisey yeni tikilib və əsaslı təmir olunub. Maraqlıdır ki, yeni təmirdən çıxan məktəbin indi harasını təmir edirlər ki, 120 manatdan pul yığırlar?

Nazirə meydan oxuyan, oğlu həbsdə özü töhmətli direktor: Səadət Veyisova- VİDEO

Amma bu 20 saylı məktəb və onun direktoru haqda yeganə neqativ məlumat deyil. Məsələn emtv.az bu tədris ilinin əvvəlində yayılan bir məlumatı xatırladır ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysova valideynlərə məktəbli formasını yalnız məktəbin özündən ala biləcəklərini və bu formanın fərqli olacağını bildirmişdi.

Əslində fərqli, məktəbə məxsus formaların olmasını alqışlamaq olar. Amma bir şagird üçün formanın 82 manat olması, bu artıq valideynin cibinə girməkdən başqa bir şey deyil. Bakı şəhəri 20 nömrəli məktəb-liseyi dövlətə məxsusdur və dövlətin tələblərinə uyğun addımlar atılmalıdır. İkinci tərəfdən bu gün özəl liseylər var ki, özlərinə məxsus formaları var və əksəriyyətində bu formalar pulsuzdur. Bəs onda 82 manat məsələsi haradan və hansı standartlara uyğun müəyyənləşdirilib? Həmin dövrdə ən bahalı məktəbli formaları Bakı Tikiş Fabrikinə məxsusolub ki bunun da qiyməti 55 manat təşkil edib.



Rəsmən təsdiq olunmuş digər bir məlumata görə, Bakı şəhəri 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysovaya ötən il töhmət verilib. Cumhuriyyet.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi məlumatına istinadən bildirir ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysova işgüzar qaydalara və pedaqoji etikaya riayət etməyərək “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozub. Bununla bağlı 20 nömrəli məktəb-liseydə müvafiq araşdırma aparılıb.

Araşdırma nəticəsində təhsil müəssisəsində məktəb-valideyn-müəllim münasibətlərinə nəzarətin zəif təşkil edildiyi, bir sıra istiqamətlərdə zəruri qabaqlayıcı və maarifləndirici tədbirlərin görülmədiyi məlum olub. Bütün bunları nəzərə alaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyevanın 3 aprel 2018-ci il tarixli əmrinə əsasən, 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilib. Həmçinin, məktəb direktoruna aşkar edilmiş nöqsanların qarşısının alınması istiqamətində tədbirlərin görülməsi və bu barədə BŞTİ-yə məlumat verilməsi tapşırılıb.

Onu da bildirək ki, töhmət S.Veyisovanın pedoqoji stajında yeganə qara xətt deyil. Belə ki, rubrika.az saytı direktorun keçmişinə nəzər yetirərək bildirir ki, “Səadət Veyisova Şamaxıda məktəb müəllimliyindən rayon təhsil şöbəsinin müdiri, daha sonra isə Təhsil Nazirliyinin əməkdaşı kimi məsul vəzifələrə yüksəlib. Amma, yuxarıda qeyd etdiyimiz kimi bütün karyera yüksəlişləri dönəmində özündən sonra “silinməz izlər” buraxaraq irəliləyib. Onun Şamaxı təhsil şöbəsinə rəhbərlik etdiyi vaxtları bu gün rayonda ürək ağrısı ilə xatırlayırlar”. Saytın yazudığı digər bir məlumata görə isə, S. Veyisova öz dosyesindən oğlu Tamerlanın Rusiya Federasiyasında quldurluq maddəsi ilə həbsdə olması faktını məharətlə gizlədə bilib. Öz doğma övladını layiqincə tərbiyə edə bilməyən birinə minlərlə şagirdin taleyi necə etibar edilir görəsən?

Ən maraqlısı isə budur ki, belə bir dosyeyə və qüsurlu fəaliyyətə malik direktor yuxarı rəhbərliyə qarşı açıq aşkar sayğısızlıq və etinasızlıq göstərir. Bununla bağlı tək bir faktı diqqətə çatdırmaq kifayətdir ki, bir müddət öncə 18 saylı məktəbdə Bakı Baş Təhsil İdarəsini direktorların iştirakı ilə keçirdiyi iclasa özü getməyi məqsədəuyğun hesab etməyən Səadət Veyisova müavinini göndərib.

Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR