SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Əhməd Əhmədzadənin mövqeləri nədən zəif düşüb...

12-06-2019, 15:20 | Oxunub: 10 902 |

Əhməd Əhmədzadənin mövqeləri nədən zəif düşüb...

Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi kənd təsərrüfatı da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub.

Emtv.az xəbər verir ki,ölkə ərazisində əkin dövriyyəsi genişlənib, məhsuldarlıq yüksəlib və bu sahəyə xidmət edən qurumlarla işgüzar, səmərəli əlaqələr formalaşıb. Bu baxımdan meliorasiya və su təsərrüfatı işçilərinin əkinçilərə göstərdikləri köməyin əhəmiyyəti və miqyası da ildən-ilə dövlət səviyyəsində artırılıb. Elə bunun nəticəsidir ki, 2007-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev hər ilin iyun ayının 5-nin meliorasiya işçilərinin peşə bayramı kimi təsis edilməsi haqqında sərəncam imzalayıb. 2014 cü-ildən isə sözügedən sərəncamda dəyişiklik edərək 5 iyunu meliorasiya və su və su təsərrüfatı işçilərinin peşə bayramı kimi təsis edilməsi haqqında sərəncam imzalayıb.

2007 ci ildən bu yana meliorasiya və su təsərrüfatı sahəsində çalışanlar hər il iyunun 5-ni peşə bayramları kimi keçirməyə başlayıblar. Bu bayramda olkə başçısı hər il bu sahədə fərqlənənlərin bir sıra medal və fəxri adlarla mükafatlandırması az qala adət halını almışdı. Amma bu il meliorasiya və su təsərrüfatı işçilərinin peşəı bayramları ürəkaçan olmayıb. Belə ki, Prezident İlham Əliyev hər olduğu kimi bu il Meliorasiya və su təsərrüfatı sahəsində çalışanlara heç bir mükafat vermədi.

Bu da artıq Əhməd Əhmədzadənin meliorasiya sahəsində gördüyü işlərin cənab Prezidentin heç də ürəyincə olmadığından xəbər verir. Məlum olduğu kimi hər il bu sahənin inkişaf etdirilməsi üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Bundan əlavə sözügedən quruma hər il Prezidentin ehtiyyat fondundan da milyonlarla vəsait ayrılır. Lakin ayrılmış bu qədər vəsaitlərin müqabilində meliorasiya sahəsində görülmüş işlərin heç də ürəkaçan olmadığından xəbər verir.

Çünki yerlərdə bu gün də əhalı suvarma suyunun olmadığından əziyyət çəkir, su çatışmamazlığı ucbatından bol məhsul əldə edə bilmədiklərindən insanların böyük əksəriyyəti narazılıq edir.Bunlardan əlavə son dövrlərdə sözügedən quruma tabeli ayrı ayrı idarələrdə dövlət vəsaitlərinin mənimsənilməsi hallarına yol verilməsi barədə də məlumatlar yayılmaqdadır.Odur ki, Prezident İlham Əliyev nəhayət Əhməd Əhmədzadənin meliorasiya sahəsindəki inkişafla bağlı hesabatlarının yalanlardan başqa bir şey olmadığını gördü. Bu isə Əhməd Əhmədzadənin tezliklə tutduğu vəzifə ilə vidalaşacığına işarədən başqa bir şey deyil.

Qeyd etmək istərdik ki, son dövrlər Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin sədri Əhməd Əhmədzadə və oğlunun xarıci olkələrdə olan, dəyəri milyonlarla ölçülən var dövləti barədə yayılan məlumatlar da buna səbəb ola bilər.

Daha sonra teref.az onu da qeyd edib ki, Əhməd Əhmədzadə sözügedən cəmiyyətə 1993-cü ildən rəhbərlik edir və bu müddət ərzində kifayət qədər böyük bir kapital sahibinə çevrilib.

Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR