SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Biləsuvar yollarında milyonluq maxinasiyalar

12-06-2019, 13:00 | Oxunub: 9 132 |

Biləsuvar yollarında milyonluq maxinasiyalar

Respublikamızda qəsəbə və kənd əraziləri də daxil olmaqla, yolların asfaltlaşdırılması, ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının yenidənqurulması, yerli əhəmiyyətli yolların tikintisi və əsaslı təmiri üzrə layihələr uğurla həyata keçirilir.

Emtv.az xəbər verir ki, bu kimi layihələrin reallaşdırılması məqsədi ilə dövlət büdcəsində nəzərdə tutulanlardan əlavə, Respublika Prezidentinin ehtiyat fondundan da kifayət qədər vəsaitlər ayrılır. Bərbad vəziyyətdə olan qəsəbə və kəndarası yolların yenidən qurulması istiqamətində görülən işlər bu gün bir çox rayonlarda davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə bu işlərin öhdəsindən necə gəldiyi sual altındadır. Məlum olduğu kimi il ərzində respublika ərazisində müxtəlif təyinatlı yolların yenidən qurulması, təmiri və bərpası məqsədi ilə sözügedən agentliyə kifayət qədər vəsaitlər ayrılır. Amma burada şəffaflığın təmin olunması, ayrılan vəsaitlərin məqsədli, təyinatı üzrə xərclənməsi barədə şübhəli məqamların olduğu barədə dövri mətbuatda çoxsaylı yazılar dərc olunub.

Agentliyin sədrı Saleh Məmmədovun çoxsaylı maxinasıyaları barədə də az yazılmayıb. Odur ki, biz onun deyil, tabeçiliyində olan Biləsuvar rayon Yol İstismar İdarəsin fəaliyyəti barədə redaksiyamıza verilmiş bir sıra məlumatları Saleh Məmmədovun diqqətinə çatdırmaq istərdik.

Təkcə onu demək kifayətdir ki, 2011-ci ildə Mahir Quliyev sözügedən rayona İcra Hakimiyyətinin başçısı təyin olunduqduqdan sonra rayonun yol infrastrukturunin yenilənməsi məqsədi ilə xeyli miqdarda vəsait ayrılıb.

Ümumiyyətlə ölkə başçısı cənab İlham Əliyevin regionlarin inkişafına göstərdiyi diqqət və qayğı onun rayonlara səfərlərində və bu səfərlərdən sonra imzaladığı sərəncamlarda öz əksini tapır. 2012-ci ildə 17 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Biləsuvar-Əsgərabad-Amankənd-Ovçubərə avtomobil yolunun tikintisinə 5.2 milyon manat vəsait ayrılsa da yolun çəkilişi illərlə uzadıldıqdan sonra istifadəyə verilib.

Prezident İlham Əliyevin 10 avqust 2013-cü il tarixli Sərəncamı ilə 13 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Biləsuvar Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat vəsait ayrılıb.

Bundan əlavə, on min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Əsgərabad-Muğan avtomobil yolunun tikintisi məqsədi ilə Biləsuvar Rayon İcra Hakimiyyətinə Prezidentinin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb. Amma sözügedən kəndarası yolların çəkilişinə bu gün nəzər salmış olsaq,nələrin şahidi olarıq.

Xatırlatmaq istərdik ki, iki kilometr uzunluğu olan Əliabad kənd yolunun asfalt hissəsini və 20 min əhalisi olan Xırmandalı, Bəydili və Zəhmatabad kəndlərinin asfalt yolları yenidən qurulub.

2018 ci ildə başa çatdırılmış bu işlərin keyfiyyəti sakinlərin heç də ürəyincə deyil. Belə ki, yollarda aparılan bütün işlərin texnoloji ardıcıllığına riayət olunmadığından sözügedən yollarda çalalar, çatlar əmələ gəlmiş, yolun bəzi hissələri yenə dağılmışdır.

Üstündən heç bir neçə il keçməsinə baxmayaraq yollar yenə bərbad vəziyyətdədir.Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev isə Biləsuvarda yolların yüksək səviyyədə qurulmasından tribunalarda fəxrlə danışır. Əgər yollar yüksək səviyyədə qurulubsa sadaladığımız və sadalamadığımız kənd arası yollar niyə bərbad vəziyyətdədirlər? Ölkə başçısının ehtiyyat fondundan ayrılan milyonlarla vəsaitlər hara gedir?

Biləsuvar Yol İstismar İdarəsinin müdiri Əlirəhim Kazımovla rayon İcra Hakimiyyətinin başçısının bu yol əməliyyatları araşdırılarsa ayrılmış vəsaitlərin çoxunin mənimsənildiyi aşkar olunar. Elə Əsgərabad-Muğan -Çaylı avtomobil yolunu götürək. Texniki şərtlərdə sözügedən kənd yollarının asfalt örtüyünün qalınlığı 25 sm göstərilib. Amma araşdırılarsa həmin yollara heç 10 sm qalınlığında asfalt tökülməyib.

Məhz elə ona görə də bir müddət keçməmiş yollar yenə əvvəlki, bərbad halına dönür. Göründüyü kimi son illər Biləsuvarın yollarının təmirinə məcazi mənada desək xeyli pul tökülür. Tökülən bu pulları isə rayon Yol İstismar İdarəsinin müdiri Əlirəhim Kazımov elə ustalıqla yığışdırır ki, heç izi-tozu da qalmır.

Son vaxtlar Biləsuvar şəhərində də yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür. Bu da rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev və Biləsuvar Yol İstismar İdarəsinin müdiri Əlirəhim Kazımov üçün yeni gəlir yeri, qazanc mənbəyidir. Təbii burada Azərbaycan Avtomobill Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun da payı istisna deyil.

Daha sonra aktualinfo.org onu da qeyd edib ki, ötən il rayon mərkəzində kanalizasiya çəkilişi zamanı yararsız vəziyyətə salınmış 14 küçədə asfaltbeton örtük tikilmiş, 2 küçədə isə asfaltbeton örtüyünün təmiri işləri aparılmışdır. Amma bir komissiya təşkil olunarsa, sözügedən küçələrdə işlərin çox səthi aparıldığını açıq aydın görər.

Hazırda Biləsuvar şəhərində kanalizasiya sisteminin çəkilişi zamanı yol örtüyü dağılmış bəzi küçələrdə çınqıl-qum əsasının tikintisi aparılır. Kənardan müşahidə etdikdə bu işlərin də səthi aparıldığının şahidi olarıq. Həmin küçələrə yaxın günlərdə asfalt-beton örtüyün qoyulması nəzərdə tutulmuşdur. Amma gəlin görək bu işlərə rayon sakinləri necə baxır?

Sakinlər qeyd edirlər ki, nəzərdə tutulan işlər üçün əvvəlcə ayrılmış dövlət vəsaitinin hara xərcləndiyi bilinmir. Buna baxmayaraq, yenidən pul ayrılıb, amma yenə də heç bir iş görülmür. Nəticədə isə sakinlər illərlə yolların bərbad olmasından əziyyət çəkir, vəzifəlillər isə özləri üçün komfort həyat tərzi keçirirlər.


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR