SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Bakıda BMW reklam lövhəsinə çırpılıb yandı: ölən və yaralı var

12-06-2019, 10:36 | Oxunub: 4510 |

Bakıda BMW reklam lövhəsinə çırpılıb yandı: ölən və yaralı var

Gecə saatlarında Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Bibiheybət məscidi yaxınlığında qeydə alınıb.

Belə ki, BMW markalı avtomobil reklam lövhəsinə çırpıldıqdan sonra yanıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü ölüb, maşında olan sərnişin isə ağır yaralanıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə barədə məlumat təcili yardıma saat 03:37-də daxil olub:

"Avtomobildə olan sərnişin - 28 yaşlı Kamran İsgəndərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti ağır kimi qiymətləndirilir".

Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR