SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Sumqayıtda 23 yaşlı oğlan qətlə yetirildi

12-06-2019, 10:03 | Oxunub: 4551 |

Sumqayıtda 23 yaşlı oğlan qətlə yetirildi

Sumqayıtda qətl hadisəsi baş verib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Cəfərov Faiq Füzuli oğlu Sumqayıt şəhəri ərazisində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Bakı şəhəri, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. F.Cəfərov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR