17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Paşinyan Qarabağ separatçılarının pulunu kəsdi - Bir qəpik də verməyəcəm
İşğal altında olan Dağlıq Qarabağ regionunda separatçılarla Ermənistan hakimiyyəti arasında gərginlik davam edir.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan işğal altında olan Qarabağın "hökumət"inə etibar etmir və hətta onları müharibəyə təhrik etməkdə təqsirləndirir. Erməni mətbuatının yazdığına əsasən, yaxın günlərdə Qarabağ separatçılarının başçısı Bako Saakyan qondarma "Dağlıq Qarabağ Respublikası"nın "təhlükəsizlik şurasının katibi" Vitali Balasanyanı yanına çağıraraq, ondan istefa ərizəsi yazmasını tələb edib. Saakyan bunu Ermənistan hakimiyyətinin göstərişi olması ilə əsaslandırıb.
Ermənistan hakimiyyəti artıq iki aydır Qarabağ separatçılarının maliyyə yardımı ilə bağlı sorğularına rədd cavabı verir. Ermənistan hakimiyyəti Vitali Balasanyanın "vəzifə"də qalacağı müddətdə separatçılara bir qəpik belə verməyəcəyinə açıq eyham vurub.
Nəşrin mənbəsinin dediyinə görə, Ermənistan ilk dəfə olaraq separatçılara qarşı maliyyə sanksiyası tətbiq edib.
Mərhəmət Lələyev
Emtv.az