07 sen 10:28Oxunub: 930 |

Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi
Azərbaycanın xalq artisti, görkəmli aktyor İlham Əsgərov qəflətən dünyasını dəyişib.

"EMTV.az" xəbər verir ki, bu barədə İlham Əsgərovun yaxın qohumu olan müğənni Rövşən Əziz məlumat verib:

"Yarım saat öncə dünyasını dəyişdi. Qəflətən infarkt keçirdi. Xəstəxanaya aparılan zaman yolda vəfat etdi"

Qeyd edək ki, İlham Əsgərov 3 sentyabr 1958-ci ildə anadan olub. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur.

İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 15 may 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 945
XƏBƏR LENTİ

Reklam
Məzənnə