SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

13 yaşlı oğlan elə bir orqanında diş çıxardı ki...

11-06-2019, 14:25 | Oxunub: 861 |

13 yaşlı oğlan elə bir orqanında diş çıxardı ki...

Moskvanın Morozovski uşaq xəstəxanasında tibb elmində nadir görünən hallardan biri qeydə alınıb. Xərçəng şişi şübhəsi ilə xəstəxanaya göndərilmiş 13 yaşlı uşağın xayalığında hiss etdiyi bərk şişin əslində diş olduğu məlum olub. Həkimlərin ümumi rəyinə əsasən bu 7-ci aşağı arxa dişlərdən biri olub.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki,13 yaşlı oğlan bədənində ağrımayan, lakin hiss olunacaq dərəcədə möhkəm olan kütləni özü aşkarladıqdan sonra ailəsi mütəxəssislərə müraciət edib. Həkimlər öncə xərçəng şişinin yaranmasından şübhələniblər. Lakin araşdırmalar və təhlillər onkoloji şişin olmasını istisna edib.

13 yaşlı oğlan elə bir orqanında diş çıxardı ki...

Yad cismin bədəndən xaric edilməsi üzrə aparılan əməliyyat zamanı uşağın xayasından görünüşünə görə adi dişdən fərqlənməyən diş çıxarılıb. Tibb elmində bu hal teratoma termini ilə tanınır.

Morozovski uşaq xəstəxanasının baş həkimi İqor Koltunovun fikrinə görə, dişin bu şəkildə yerləşməsinə embrion səviyyəsində yaranmış xəstəlik səbəb olub. Yəni anomaliyanın əsası hələ ana bətnində qoyulub.

Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR