SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Tramp: Si Cinpin G20 sammitinə gəlməsə, yeni rüsumlar tətbiq edəcəm

11-06-2019, 13:45 | Oxunub: 1435 |

Tramp: Si Cinpin G20 sammitinə gəlməsə, yeni rüsumlar tətbiq edəcəm

Çin lideri Si Cinpin G20 sammitinə gəlməsə, ABŞ Çin məhsullarına yeni rüsum tətbiq edəcək.

Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

D.Tramp jurnalistlərin rüsumların tətbiq olunması ilə bağlı sualına cavab olaraq qısaca "Bəli, olacaq" deyib.

Bir müddət əvvəl Tramp administrasiyası Çindən 200 milyard dollar həcmində məhsul idxalına 25 faiz rüsum tətbiq etmişdi. Növbəti mərhələdə 300 milyard dollar həcmində məhsula rüsumun artırılması planlaşdırılır.

Qeyd edək ki, G20 sammiti iyunun 29-da Yaponiyanın Osaka şəhərində keçiriləcək.


Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR