SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ucarlılar icra nümayəndəsi və bələdiyyə sədrindən şikayət edirlər

11-06-2019, 11:32 | Oxunub: 11 611 |

Ucarlılar icra nümayəndəsi və bələdiyyə sədrindən şikayət edirlər

“Ucar rayonu Müsüslü kənd icra nümayəndəsi Fuad Bəbirxanovun və bələdiyyə sədri Tahir Kərimovun fəaliyyətsizliyi nəticəsində kəndin problemləri günü-gündən artmaqdadır ki, buna görə sakinlər çox əziyyət çəkirlər”. Emtv.az xəbər verir ki,bu barədə kənd sakinlərinin yerli KİV-lərə göndərdikləri şikayət məktubunda deyilir.

Sakinlər yazırlar: “Ucar rayonu Müsüslü kəndi Bak-Qazax magistral yolunun kənarında yerləşir. Kəndin iri və xırda buynuzlu heyvanlarının örüş yerləri və orta məktəb Bakı-Qazax magistral yolunun əks istqamətində yerləşir deyə yeraltı keçidin olmamasına görə tez-tez faciə ilə üzləşirik. Hər gün səhər saatlarında kəndin naxırı və məktəblilər magistral yolundan əks istiqamətə keçib axşam saatlarında qayıdırlar. Həmin vaxt yüksək sürətlə hərəkət edən avtomobillər heyvanları və şagirdləri vuraraq öldürür. Oxşar hadisələr çoxlu sayda baş versə də heç bir tədbir görülmür. Həttda bu yolda piyada keçidinin olmamasına görə iki məktəbli uşağı avtomobil vurub öldürmüşdü. Qoyulan piyada keçidi isə yararsızdır. Həmin keçidə kanalizasiya suyu axıdılır, qaz borusu keçirilib ki, bu insan həyatı üçün ciddi təhlükədir. Hansı ki, qaz kəmərinin keçirilməsi üçün dövlət tərəfindən torpaq ayrılıb. Bakı-Qazax magistral yolunun çəkilişi zamanı genişləndimə məqsədi ilə yolun kənarında sakinlərə məxsus torpaq sahələri dövlət tərəfindən pul verilib alınsa da, hələ də həmin hasarlar sökülməyib, genişləndirilməyib, yolun kənarı darısqal olaraq qalıb. Biz üzləşdiyimiz bu problemin həll edilməsi üçün Azərbaycan Avtomobili Yolları ASC-nin sədri Saleh Məmmədova ərizə ilə müraciət etsək də heç bir tədbir görməyib”.

Kənd sakinlərinin sözlərinə görə, əkin torpaqlarının suvarılması üçün su arxları, su kanalları lildən, qamışdan, koldan-kosdan təmizlənmir deyə su üzünə həsrət qalıblar: “Əkinlərimiz susuzluqdan məhv olur. Kəndin örüş torpalarını bəzi imkanlı şəxslər zəbt edib təyinatı dəyişdirilmədən orada əkinçilik ediblər. Bu isə ciddi qanunsuzluqdur ki, şəraiti kənd icra nümayəndəsi Fuad Bəbirxanov və bələdiyyə sədri Tahir Kərimov yaradıblar. Müsüslü kəndinə heç bir diqqət yetirilmir, kənd sakinləri məmur özbaşınalığına görə zülm, əziyyət çəkir”.

Daha sonra teref.az onu da qeyd edib ki,sakinlərin şikayəti ilə bağlı Ucar rayonu Müsüslü kənd icra nümayəndəsi Fuad Bəbirxanov və bələdiyyə sədri Tahir Kərimovla əlaqə yaratmaq cəhlərimiz heç cürə alınmadı. Qarşı tərəfi də dinləməyə hazırıq.

Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR