SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

ƏBÜLFƏZ MƏLİKOV BROKERLƏRİNİ 100 MİN MANATLARLA ZİYANA SALIB

7-06-2019, 13:51 | Oxunub: 12 544 |

ƏBÜLFƏZ MƏLİKOV BROKERLƏRİNİ 100 MİN MANATLARLA ZİYANA SALIB

Brokerlər ailəsini, evini, maşınını itirib, 100 min manatlarla vergi borcları yığılıb…

İllərlə ölkənin Gömrük sistemini tam nəzarətində saxlayan, bu qara işdən həm özünə, həm də havadarlarına milyonlar qazandıran “Trans Broker” MMC-nin keçmiş rəhbəri, hazırda Abşeron və Ələt Beynəlxalq Dəniz Limanının “Loqistika Mərkəzi”ni nəzarətində saxlayan Əbülfəz Məlikovla bağlı ilğinc iddialar var.

Emtv.az xəbər verir ki,yerli KİV-lərə daxil olan məlumata görə, Əbülfəz Məlikovun qurduğu Broker xidməti yüzlərlə brokerin anasını ağlar qoyub. Daha doğrusu, “Broker MMC”də broker kimi işləyən insanlar bu sistemə girməklə həyatlarını qumara qoyublar. İllərlər borker kimi çalışan insanlardan bir neçəsi ilə apardığımız söhbət zamanı şok edici məlumatlar ortaya çıxdı. Sən demə, Məlikov milyonları bu yazıq brokerlərin həyatlarını risqə atmaqla qazanıb.

Belə ki, “Broker MMC”-də çalışan brokerlərin adına VÖEN açılırmış. “X” şirkətin gətirdiyi məhsul bu brokerin adına yazılaraq Əbülfəz Məlikovun nəzarəti altında gomrükdə rəsmiləşdirilirmiş. Daha sonra brokerə cüzi faiz verilimiş. Nəticədə brokerin adına gətirilən məhsulun vergisi ödənmirmiş. Aylarla vergi borcu yığılıb qalırmış.

Keçmiş vergilər naziri Fazil Məmmədovla razılığa gələn Məlikov bu ödənişləri “birdəfəyə” prinsipləri ilə qeyri-rəsmi həyata keçirirmiş. Fazil Məmmədov vurulduqdan sonra brokerlərə qanunu formada ödənməyən 100 min manatlarla borc yazılıb. Məlikov isə qaçıb gizlənib.

Elə bunun nəticəsidir ki, bu gün 100-lərlə “broker”-in vergilər nazirliyinə 100 min manatlarla borcu var. Ən dəhşətlisi budur ki, Ə.Məlikovun bu əməlinin qurbanı olan brokerlərin əksərinin evləri, maşınları əlindən alınıb, ailələri dağılıb. Hətta bir neçə broker intihara əl atıb, özünü öldürməyə cəhd edib. Bir sözlə, Məlikovun bu sistemi onların evini yıxıb.

Məlumata görə, bu vergi borclarını ödəməli olan Əbülfəz Məlikov da kimsəyə bir manat kömək etməyib. “Bütün ailəm dağıldı, evim əlimdən çıxdı, vergilərə 100 min manat borcum var” deyən broker qeyd edir ki, bu pulları Əbülfəz Məlikov ödəməli idi. Amma hamını aldadaraq qaçıb. İndi isə qazandığı milyonları rahat-rahat xərcləyərək 100-lərlə insanın balasını gözüyaşlı qoyub.

Məlumata görə, hazırda yeni brokerləri tora salan Məlikov eyni əməlini Abşeron və Ələt Beynəlxalq Dəniz Limanının Loqistika Mərkəzlərində davam etdirir. Amma bu dəfə daha sistemli formada. Yenə vergidən yayınmaq üçün ciddi planlarını işə salıb.

Daha sonra bizimxeber.az onu da qeyd edib ki,daha bir araşdırılmalı məqam isə Əbülfəz Məlikovun üzərində açıq qalan bir neçə cinayət işi faktıdır. Bu barədə konkret bilğiləri çox yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.


Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR