SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Başçının birinci müavini ilə iş adamı arasında 30 min manatlıq qalmaqal - Beyləqanda hər kəs bunu danışır...

7-06-2019, 13:35 | Oxunub: 11 446 |

Başçının birinci müavini ilə iş adamı arasında 30 min manatlıq qalmaqal - Beyləqanda hər kəs bunu danışır...

Qanunla vəzifəli şəxslərin bizneslə məşğul olması qadağan edilməsinə baxmayaraq məmurlarımızın biznesləri günü gündən artmaqda və inkşaf etməkdədir. Belə məmurlardan biridə Beyləqan rayon icra başçısının birinci müavini Telman Məstanovdur.

Emtv.az xəbər verir ki,Beyləqandan yerli KİV-lərə daxil məlumata görə Telman Məstanov rayonun girəcəyində iş adamı Hacı kimi tanınan İlqar Məmmədovla şərikli LUKOİL yanacaq doldurma məntəqəsi açıb. Həmin yanacaq doldurma məntəsəinin bir hissəsinə şərik olan Telman Məstanovun bu yaxınlarda ortağı Hacı İlqarla arasında qalmaqal, daha doğrusu söz söhbət yaranıb. Başçı müavini ilə iş adamı arasında yaranmış söz söhbətin səbəbkarı isə Telman Məstanovun oğlu Vüsal Məstanov olub.

Yerli KİV-lərə daxil olan məlumatda bildirilir ki, LUKOİL yanacaq doldurma məntəqəsinə nəzarət edən Vüsal Məstanovun xeyli miqdarda yeyintisi ortaya çıxıb. İddiaya görə yanacaq doldurma məntəqəsində, nə az, nə çox, 30 min manat maliyyə çatışmamazlığl aşkarlanıb və bu da Telman Məstanovla şəriki arasında gərginliyə səbəb olub. Bildirilir ki, İlqar Məmmədov 30 minlik çatışmamazlığa görə Telman Məstanovun oğlunu ittiham edib və İlqar Məmmədov 30 minin geri qaytarılmasını yanacaq doldurma məntəqsini idarə edən Vüsal Məstanovdan və onun atasından tələb edib. Məhz bundan sonra İlqar Məmmədovla Telman Məstanov arasında söz söhbət yaranaraq böyüməyə başlayıb.

Saytımıza daxil olan məlumata görə LUKOİL yanacaq doldutma məntəqəsinin 65 faizinə şərik olan İlqar Məmmədovu başçının birinci müavinini və oğlunu obyektdən qovub. İş adamı qəti şəkildə bildirib ki, 5 günə oğurlanan 30 min manat geri qaytarılmasa şərikliliyə son qoyacaq. Şəriki ilə münasibətlərə son qoymaq istəməyən Telman Məstanov oğlunun üzərinə qoyulan 30 min manatı deyilən 5 gün müddətinə yerinə qoyub.

Bildirək ki, hazırda icra başçısının birinci müavini Telman Məstanovun daim LUKOİL yanacaq doldurma məntəqəsində oturduğu və işə çox az getdiyi deyilir.

Məlumata görə birinci müavinlə rayon başçısı Asif Ağayev arasında ciddi problemlər mövcuddur. İcra başçısı Telman Məstanovu rayonda həyata keçirilən bütün işlərdən kənarlaşdırıb və onunla vidalaşmaq istəyindədir.

Qeyd edək ki, daxil olan məlumatla bağlı pia.az Beyləqanda başqa bir bir neçə mənbədən bu iddiları dəqiqləşdirib. Digər mənbələr də iddiaları doğrulayıb.

Bu yazıda adı keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq...


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR