17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Qaraciyərinizin sıradan çıxdığını göstərən əlamətlər
Qaraciyər güclü, dözümlü orqan olsa da, müasir insanın qidası, həyat tərzi, vərdişləri onu sıradan çıxarmağa yönəlib. İndi çox insan qaraciyərindən şikayətçidir, çoxu qaraciyərinin vəziyyətindən xəbərsizdir, simptomlara əhəmiyyət vermir, sonda isə qaraciyərin tam sıradan çıxması ilə üz-üzə qalır.
Emtv.az yerli mətbuata istinadən əsrin bəlası olan qaraciyər çatışmazlığına doğru yol alan simptomları təqdim edir. Əgər sizdə bu simptomlardan azı 5-i varsa, o zaman təcili terapevt, hepatoloq və qastronenteroloqa getməlisiz. Bu əlamətlərin bəziləri o qədər qeyri-adidir ki, insan qaraciyərindən heç şübhələnmir.
1.Xəstəliyin başlanğıcında iştah azalır, tamam itir, yediklərinin dadını hiss etmirsən, aclıq hissi olsa da yeməyə həvəs olmur, yedikdən sonra ağırlıq, ağrı əlamətləri yaranır
2.Səbəbsiz əzginlik, yorğunluq, zəiflik, ürəkbulanma - xüsusən səhərlər və axşama doğru əlamətlərin kəskinləşməsi
3.Dəridə ləkələnmə, səpkilər, xüsusən qanayan səpkilər, dərialtı qançır, qansızmalar
4.Əzələ, oynaq, sümüklər sızıldayır, ağrıyır
5.Gözlərdə, göz dibində, ağızda, boğazda quruluq
6.Dilin gücgü kimi hamarlaşması, mərmər effekti, tünd qırmızı rəng alması
7.Əl barmaqlarının formasının dəyişməsi, baraban çubuğuna bənzəməsi, barmaqların tam düz açılmasına maneə, barmaqların əsməsi
8.Kişilərdə süd vəzilərin böyüməsi, tüklənmənin pozulması
9.Ovucların saralması, rənginin dəyişməsi
10.Sidiyin rənginin və qoxusunun dəyişməsi, tündlük və kəskin qoxu
Bu əlamətlər qaraciyərlə əlaqəsini qan və sidik analizi ilə təsdiqini tapacaq. Analizlərdə dəyişikliklər göz önündə olacaq.
Aynurə Kərimova
Emtv.az