SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Amerikalı konqresmen: "Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşı olmaqla yanaşı, Qafqaz və Mərkəzi Asiyada mühüm rol oynayır"

5-06-2019, 15:25 | Oxunub: 6 879 |

Amerikalı konqresmen: "Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşı olmaqla yanaşı, Qafqaz və Mərkəzi Asiyada mühüm rol oynayır"

Bu gün Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşı olmaqla yanaşı, həmçinin Qafqaz və Mərkəzi Asiyada mühüm rol oynayır.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu, 3 iyun 2019-cu il tarixində ABŞ Konqresinin Nümayəndələr Palatasının iclasında Alabamanı təmsil edən konqresmen Robert Aderholtun (Respublikaçı) Azərbaycan Respublikasının 101 illiyi münasibətilə bəyanatında qeyd edilib. Bəyanatda bildirilir ki, 28 may 1918-ci il tarixində Azərbaycan Milli Assambleyası İstiqlal Bəyannaməsi qəbul edərək, müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası olan Azərbaycan Demokratik Respublikasının əsasını qoymuşdur:

"1920-ci ildə bolşeviklərin Azərbaycan Demokratik Respublikasını işğal edərək Sovet hökumətinin əsasını qoyduğu, Azərbaycanın zor tətbiq edilməklə Sovet İttifaqına birləşdirildiyi və bir çox onilliklər ərzində Sovet rejiminin təzyiqləri altında əziyyət çəkdiyi bəyanatda diqqətə çatdırılır.

Bəyanatda həmçinin, Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan Respublikasının 30 avqust 1991-ci il tarixində müstəqilliyini bərpa etdiyi, ABŞ-ın Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci il tarixində tanıdığı və rəsmi diplomatik münasibətlərin 19 fevral 1992-ci il tarixində qurulduğu qeyd olunur.

Azərbaycanın kommunist imperiyasının dağıntılarından çıxaraq ABŞ-ın güclü və etibarlı müttəfiqinə çevrildiyi konqresmen Aderholt tərəfindən qeyd olunmuşdur. O, vurğulamışdır ki, bugün Azərbaycan Respublikası ABŞ-ın dəyərli tərəfdaşı olmaqla yanaşı, həmçinin Qafqaz və Mərkəzi Asiyada mühüm rol oynayır. Azərbaycan 2001-ci il 11 sentyabr terror hücumlarından sonra ABŞ-a təmənnasız yardım göstərən ilk ölkələrdən biri olmuşdur. ABŞ-ın ən yaxın müttəfiqi İsrail ilə Azərbaycanın güclü dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur.

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının iştirakçısı kimi 2002-ci ildən etibarən NATO-nun Əfqanıstanda sülhməramlı əməliyyatlarına dəstək verdiyi, missiyaya yardım məqsədilə öz silahlı qüvvələrini təqdim etdiyi bəyanatda vurğulanır.

Bəyanatın sonunda, Azərbaycan Demokratik Respublikasının bu 101 illik yubileyində, iki ölkə arasında strateji münasibətlərə və davamlı dostluğa görə ABŞ-ın Azərbaycana minnətdar olduğu bildirilir. Bundan əlavə, gələcək illərdə bu güclü və yaxın dostluğun davam etməsi və daha da güclənməsi diləkləri ifadə olunur".


Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR