SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

NURƏDDİN MUSTAFAYEV CƏLİLABAD İCRA VƏ PROBASİYA ŞÖBƏSİNƏ TAPŞIRIQ VERDİ, AMMA...

5-06-2019, 14:32 | Oxunub: 6 406 |

NURƏDDİN MUSTAFAYEV CƏLİLABAD İCRA VƏ PROBASİYA ŞÖBƏSİNƏ TAPŞIRIQ VERDİ, AMMA...


“İcra məmurları qərarın icra olunması üçün çalışsalar da, 8 saylı Cəlilabad rayon Ərazi İdarəsinin rəhbərliyi bundan imtina edir”

Emtv.az xəbər verir ki,ötən sayımızda Cəlilabad rayonunun Muğan kənd sakini Ağayev Tərlan Abbasqulu oğlunun torpağının digər şəxslərə satılması ilə bağlı məlumat vermişdik.

T.Abbasov həyətyanı torpağının sənədlərinin ona aid olması ilə bağlı məhkəmələri udsa da, qərar icra olunmur. Bununla bağlı T.Ağayev Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəisi - baş icra məmuru Nurəddin Mustafayevin də qəbulunda olub.

N.Mustafayev məhkəmə qərarının icra olunması ilə bağlı Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə göstəriş versə də, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad rayon Ərazi İdarəsi bunu icra etməkdən imtina edir.

Şikayətçi təzadlar.az-a bildirib ki, DƏDRX-ın rəisi Qalib Xudaverdiyev işi icra etməkdən imtina edir və buna görə də icraçılar akt tərtib ediblər: “Cəlilabad rayon İcra və Probasiya Şöbəsi qərarın icra edilməməsi barədə akt tərtib edib DƏDRX-nin rəisi Qalib Xudaverdiyevə göndərsə də, o, aktı imzalamaqdan imtina edib. Ancaq həmin aktın sürətini mənə vermədilər. İcra məmurları qərarın icra olunması üçün çalışsalar da, 8 saylı Cəlilabad rayon Ərazi İdarəsinin rəhbərliyi bundan imtina edir”.

Mövzunu diqqətdə saxlayacağıq.


Aynurə Kərimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR